Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
7 Aprel 2020


Ölkədə bu prosesin qarşısını "5-ci kolon" alır - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyyətin aparıcı qüvvələri, ictimai fikrin liderləri qismində çıxış edən insanların arzusu, qayəsi ondan ibarət olub ki, mövcud vəziyyəti daha da yaxşılaşdırısınlar, cəmiyyətə yeniliklər gətirsinlər. Onlar bununla vətəndaşların sosial gözləntilərini reallaşdırmağa çalışıblar.

İslahatların təşəbbüskarları müxtəlif təbəqənin təmsilçiləri olurlar. Azərbaycan dövlətində, cəmiyyətimizdə islahatlarla bağlı təşəbbüskarlığı məhz Azərbaycan Respublikasının Prezidentindən görürük. Dövlətin başçısı dayanıqlı və davamlı islahatlar kursunun həm təşəbbüskarı, həm banisi və qarantı rolunda çıxış edir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Tofiq Abbasov söyləyib.

Son illər Azərbaycanda çox ürəkaçan vəziyyətin müşahidə olunduğunu diqqətə çatdıran Tofiq Abbasov deyib: “Yuxarıda qeyd olunanlar 9 fevral Milli Məclisə seçkilərdə özünü daha qabarıq büruzə verdi. Azərbaycan cəmiyyəti dövlətin başçısının həyata keçirdiyi islahatların müsbət nəticəsini öz gözləri ilə gördü. Cəmiyyətimiz ictimai-siyasi konfiqurasiyanın formalaşmasını açıqca müşahidə edir. Bu konfiqurasiya məhz Prezident İlham Əliyevin təsəvvüründə, konseptual yanaşmasında öz əksini tapır. Burada söhbət burada Azərbaycanın bütün dünyaya təqdim etdiyi dialoq məfkurəsinin həm də ölkə daxilində möhkəmlənməsindən gedir”.

Politoloq seçkilərdən sonra parlamentin tərkibinin yenidən formalaşmasını və çoxpartiyalılıq prinsipinin tətbiqinin ölkəmizdə qurulan siyasi konfiqurasiyanın sübutu adlandırıb. Bildirib ki, Milli Məclisin yeni tərkibində müxalifət partiyalarının nümayəndələrinin də yer alması yeniliyin təzahürüdür. Onun sözlərinə görə, müxalif partiya üzvlərinin rəhbərlikdə, eləcə də komitə sədrlərinin müavinləri sırasında yer alması demokratikləşmənin göstəricisidir. “Bu da dialoq prinsipinə böyük meydanın verilməsidir. Hakim partiya ilə yanaşı, müxalif partiyaların mövcud hadisələrə, problemlərə öz yanaşma tərzləri, baxışları vardır. Azərbaycan Prezidenti elə bir siyasətə üstünlük verir ki, gündəmdə olan məsələlər məhz müxtəlif spektr və cinahlarda təmsil olunmuş nümayəndələrin iştirakı, müzakirəsi ilə öz həllini tapsın”- deyə, T.Abbasov vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Prosesi”nin təşəbbüskarı olduğunu diqqətə çatdıran politoloq qeyd edib ki, ilk dəfə 2008-ci ildə keçirilən “Bakı Prosesi”ndə dünyanın say-seçmə insanları, Nobel mükafatı laureatları, sabiq prezidentlər, Baş nazirlər, bir sözlə dünya ictimaiyyətinin məşhur simaları iştirak edirlər. Bu təsisatla dövlətin başçısı bütün dünyaya çağırış etdi. Bu da onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti hər zaman dialoqa hazır olduğunu nümayiş etdirib.

Prezident bütün çıxışlarında hər zaman ən barışmaz müxalif nümayəndələrlə belə stol arxasına oturmağa, dialoqa hazır olduğunu bəyan edib, onlar üçün həmişə açıq meydan yaradıb. Həmin müzakirələr, danışıqlar baş tutduqdan sonra görürdük ki, özlərini barışmaz adlandıran üzdəniraq müxalif qüvvələr meydandan qaçmalı olurdular. Əslində, siyasi konfiqurasiyanın formalaşması prosesi ölkəmizdə çoxdan gedir. Bu prosesin qarşısını məhz beşinci kolonun nümayəndələri alırdılar. Prezidentin siyasi təcrübəsi və müdrikliyi nəticəsində hamımıza aydın olur ki, bu xain qüvvələr hansı məqsədlərə və kimlərə xidmət edirlər. Onlar kimi aldatsalar da, dövlətin başçısını aldada bilməyəcəklər.

“Azərbaycan Prezidentinin xalqa Novruz bayramı ilə əlaqədar təbrikində də dediyi kimi, vətəni sevməyənlərə, xainlərə aman yoxdur. Yeni, siyasi konfiqurasiyada satqın, xain, beşinci kolonun nümayəndələrinə yer olmayacaq və Azərbaycan satqınlardan, xainlərdən, beşinci kolonun nümayəndələrindən təmizlənəcək. Onlar həqiqətə uyğun olmayan xəbərlər yaymaqla insanlar arasında çaşqınlıq yaradırlar. Əgər bu qüvvələr sağlam dalğaya köklənə bilmirlərsə, biz onlardan yaxamızı qurtaracağıq. Belələri tarixdə satqın, xain kimi qalacaqlar. Bizim borcumuz odur ki, gələcəyimiz olan gənclərimizi, körpələrimizi belə təsirlərdən qoruyaq və onları düzgün istiqamətləndirək. Azərbaycan xalqı bu təbrik nitqində bir daha anladı ki, dövlətin başçısı bütün siyasi qüvvələrin meydanda olmasını istəyir və bunun tərəfdarıdır”,- deyə, T.Abbasov diqqətə çatdırıb.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev koronavirusun (COVID-19) ciddi və təhlükəli böhran yaratdığı bir məqamda Azərbaycan xalqının yanında olduğunu bir daha nümayiş etdirdi. Xalqımızı həmrəyliyə çağıran dövlətin başçısı belə çətin məqamlarda vətəndaş həmrəyliyinin, məsuliyyətinin vacib olduğunu vurğuladı. Dövlətin başçısının xalqa təbrikində bir çox mühüm məsələlərin öz əksini tapdığını diqqətə çatdıran müsahibimiz deyib: “Prezident diqqətə çatdırdı ki, mövcud potensial, sağlam fikirlər, ümumiyyətlə düşünən beyinlər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, ölkəmizin xoş gələcəyinə xidmət etməlidir. Nitqi ilə bizi həmrəyliyə səsləyən Azərbaycan Prezidentinin çağırışları həm bu günümüz, həm də gələcəyimiz üçün çox vacibdir”.

Politoloq bildirib ki, dünyanı ağuşuna alan yeni növ koronavirus mükəmməl iqtisadi sistemə malik olan dövlətləri böyük çətinliklərlə üz-üzə qoyub. Azərbaycanda isə virusun yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlər zamanında görülüb. Prezident İlham Əliyev virusla mübarizəyə əvvəlcə 10 milyon, daha sonra 20 milyon manat pul ayırdı. Ardından virusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqında Sərəncam imzaladı. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev, həmçinin koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı 1 milyard manat pul ayırıb. Virusla mübarizədə tədbirlər davam etdirilir.

Politoloq söhbətin sonunda hökumətin dəstəyi və köməyi ilə bu bəladan da az zərərlə xilas olacağımıza əminliyini ifadə edib və insanları karantin qaydalarına ciddi əməl etməyə çağırıb.

Tarix
2020.03.26 / 14:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Möhtəşəm addım: Bunu yalnız Əliyev edə bilərdi

Türkiyə yeni hərbi əməliyyata hazırlaşır – Video

İranlı ekspertdən sensasiya: Qonşuda nələr baş verir?

Prezident onlara xəbərdarlıq etdi: Xəyanətdir...

İkinci “Marşall” olmayacaq: AB özü bacarmalıdır

Ər-Riyaddan şahmat gedişi: Rusiyaya jest etdi – Şərh

Qanuna düzəliş təklif edildi: Bu şəxslər üçün cəza...

Ənvər Mustafayev də əfv edildi

Ali Məhkəmənin qərarı ləğv edildi

Vətəndaşlar məsuliyyətli olmalıdırlar - İlham Əliyev

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla