Ana səhifə Gündəm |
Millət vəkili Asim Mollazadə Uruqvayın parlamentariləri və vitse-prezidenti ilə görüşüb.
Axar.az xəbər verir ki, Argentina səfərini yekunlaşdıran Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ilə birlikdə Uruqvaydadır.
Səfər zamanı deputatlar Uruqvay parlamentinin spikeri Alexandro Sançez Pereira, Senatın sədri və üzvləri, Uruqvayın vitse-prezidenti Raul Sendic və Uruqvayın Xarici İşlər naziri Luis Almaqro ilə görüşüblər.
Bu görüşlərdə Azərbaycan-Uruqvay əlaqələri, parlamentlərarası münasibətlər, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, iki ölkə arasında dostluğun möhkəmləndirilməsilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan parlament nümayəndə heyəti ikitərəfli enerji əməkdaşlığının həyata keçirilməsi, müvafiq müqavilələrin bağlanması imkanlarını Uruqvayın Dövlət neft şirkəti olan ANCAP-ın vitse-prezidenti German Rietlə müzakirə ediblər. ANCAP-la enerji sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri ilə görüşlərin keçirilməsi məqsədəuyğun hesab edilib.
Uruqvay mediası azərbaycanlı parlamentarilərin səfəri barədə geniş materiallar dərc edib.
Tarix
2015.03.12 / 13:45
|
Müəllif
Nigar İxtiyarqızı
|