Yuxarı

Elnur Məmmədov Monqolustanda görüşlər keçirdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Monqolustanda səfərdə olub.

Axar.az xəbər verir ki, səfər zamanı Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Monqolustanın xarici işlər naziri xanım Batmunx Battsetseq, yol və nəqliyyat naziri Delqersixan Borxuu, Monqolustan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Odbayar Erdenetsoqt, Milli Ticarət Palatasının prezidenti Lxaqvajav Tur-Od Nomunxaan ilə görüşüb.

Görüşlərdə Monqolustan tərəfi Azərbaycan hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran, o cümlədən yüksək səviyyəli səfərlərin mübadiləsi, sərmayə, logistika imkanları, yaşıl enerji, humanitar və digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Monqolustan Xarici İşlər Nazirliyi arasında ikinci siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Monqolustan xarici işlər nazirliyinin dövlət katibi Munxtşiq Lxanajav rəhbərlik ediblər. Siyasi məsləhətləşmələr zamanı ikitətəfli və çoxtərəfli siyasi əlaqələrin genişləndirilməsi, yüksək səviyyəli səfərlər mübadiləsi, həmçinin beynəlxalq təşkilatlar, müqavilə-hüquq, iqtisadi-ticarət, energetika, mədənçilik, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Hökumət missiyasının üzvləri olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Müdafiə Sənaye Nazirliyinin, AzərGold nümayəndələri üçün Monqolustanın müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri ilə görüşləri təşkil edilib. Azərbaycan nümayəndələri üçün bir neçə sahələrdə investisiya imkanları barədə ətraflı təqdimatlar edilib, müxtəlif sahələri əhatə edən əməkdaşlıq perspektivləri haqqında məzmunlu müzakirələr aparılıb.

Səfər zamanı missiya üzvləri üçün bir sıra sənaye zonalarına turlar təşkil edilib.

Tarix
2025.02.05 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Qəza ilə bağlı ilkin hesabat - Kremlin şərhi

Səbirli olun, Putin Əliyevə söz verib, edəcək! - Arkov

Riyakar rus təbliğatı bununla özünü ifşa edir

Qəza ilə bağlı ilkin hesabat üzə çıxartdı ki... – Türk ekspert

AŞ Putinə qarşı Xüsusi Tribunal yaradır

Daha 3 şəhidimiz dəfn olunacaq - Foto

İlkin hesabat Rusiyanın iddialarını alt-üst etdi

Qəzanın ilkin hesabatı: Rus mediası, görün, necə yaydı

Paşinyan "artsax" bayraqlarını dirəyindən kəsdirir

Təsdiqləndi: qəza buna görə olub – bəs, niyə Aktauya uçub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla