Yuxarı

İsmaililərin 49-cu imamı öldü: ağlasığmaz sərvəti var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsmaililərin 49-cu imamı öldü: ağlasığmaz sərvəti var

İslam dininin təriqətlərindən olan və İranda fəaliyyətinə qadağa qoyulan İsmaili şiələrinin 49-cu imamı Kərim Ağa Xan bu gün səhər saatlarında Portaqaliyanın paytaxtı Lissabonda 88 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə onun təsisçi və rəhbəri olduğu Ağa Xan İnkişaf Şəbəkəsi məlumat yayıb.

Bildirilib ki, onun varisinin kimliyi yaxın vaxtlarda elan ediləcək.

Dünyada təqribən 12 milyon nəfər olduğu təxmin edilən İsmaili təriqətinin ardıcılları hesab edirlər ki, şiələrin yeddinci imamı Cəfər Sadiqdən sonra onun oğlu İsmayıl bin Cəfər onun varisi və şiələrin səkkizinci imamıdır.

İsmaili inancının ardıcıllarının əksəriyyəti Hindistan, Pakistan, Əfqanıstan və Tacikistanda yaşayır və onların ruhani liderlərinin İslam Peyğəmbəri Məhəmmədin nəslindən olduğuna inanırlar.

Kərim Ağa Xan 1936-cı ildə İsveçrənin Cenevrə şəhərində anadan olub, 20 yaşında və babasından sonra 1957-ci ildə IV Ağa Xan kimi İsmaili təriqətinin imamı olub.

1967-ci ildə o, Ağa Xan İnkişaf Şəbəkəsini qurub. Onun fəaliyyət istiqamətlərindən biri də Asiya və Afrikada qida çatışmayan əraziləri ərzaqla təmin etmək və təbii fəlakətlərdə yardım göstərmək kimi humanitar işlər olub.

Sərvətinin 13 milyard dollar civarında olduğu deyilən Ağa Xan ən zəngin müsəlman kapitalistlərdən biri idi. Onun iki şəxsi təyyarəsi, yüzlərlə yarış atı, bir sıra damazlıq təsərrüfatı, Sardiniya adasında eksklüziv yelkənli yaxta klubu və Paris yaxınlığındakı dəbdəbəli mülkü var.

İngiltərə və Portaqaliya vətəndaşı olan Ağa Xan Britaniya Kral ailəsi ilə də yaxın əlaqədə olduğuna, bu ailənin üzvü ilə evləndiyinə görə Kralıça II Elizabet tərəfindən “Əlahəzrət” ləqəbi alıb.

Milliyyətcə türk olan Kərim Ağa Xan Fətəli şah Qacarın nəvələrindən olduğuna görə bir çox sənədlərdə “şahzadə” deyə müraciət edilib.

O, dünyanın bir çox nüfuzlu siyasətçiləri, məşhur iş adamları və dövlət başçıları ilə yaxın dost olub.

Tarix
2025.02.05 / 13:19
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla