Yuxarı

Qarabağla bağlı ən vacib addım budur - PA rəsmisi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağla bağlı ən vacib addım budur - PA rəsmisi

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin mərhələli həllə əsaslanması hamıya məlumdur.

Axar.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trend-ə müsahibəsində bildirib.

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları və digər səviyyələrdə səsləndirdikləri bəyanatlarda status-kvonun qəbuledilməz olduğu və münaqişənin mərhələli şəkildə həll olunması planı dəfələrlə bəyan olunub. Ermənistan tərəfi hər zaman olduğu kimi ölkə ictimaiyyətini aldatmaq üçün əsassız iddialarla çıxış edir. Münaqişənin paket formulu əsasında həlli müzakirə mövzusu deyildir. Ermənistanın siyasi-hərbi rəhbərliyi destruktiv ritorikası və təxribatçı addımları ilə bu gün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesini sual altına qoyur.

Münaqişə Azərbaycan Respublikasının Konstitusiyasına, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə və Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və həll olunacaqdır. Azərbaycanın ərazi bütövlüyü heç zaman müzakirə mövzusu olmayıb və ola da bilməz. Ermənistan xarici işlər naziri və ya digər kimsə Azərbaycanın ərazi bütövlüyü və suveren əraziləri barədə mühakimə yürüdə bilməz. Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. “Qarabağ Azərbaycandır və nida işarəsi”.

Münaqişənin mərhələli şəkildə həllində birinci və ən vacib olan addım Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəraitdə öz doğma torpaqlarına qayıtması hüququnun təmin olunmasıdır. Ermənistanın işğalçılıq siyasəti davam etdiyi təqdirdə, münaqişənin həllində irəliləyiş əldə etmək qeyri-mümkündür. Bütün işğallar kimi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı da müvəqqəti xarakter daşıyır. Ermənistan işğalçı dövlət olaraq bunu nəhayət başa düşməlidir", - H.Hacıyev qeyd edib.

Tarix
2020.05.06 / 00:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla