Yuxarı

Müqaviləsiz işə görə ağır cəza - 7 il həbs

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müqaviləsiz işə görə ağır cəza - 7 il həbs

Azərbaycanda əmək müqaviləsi olmadan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cinayət məsuliyyəti yaradacaq.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə xüsusi olaraq 162-1-ci maddə əlavə olunur.

Yeni maddəyə görə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən xeyli sayda işçinin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manata qədər və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər təkrar törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu maddədə "xeyli sayda" dedikdə, 10 və 10-dan çox işçi sayı nəzərdə tutulur.

Layihə Milli Məclisin dekabrın 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. (APA)

Tarix
2013.12.20 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Bakı, Sumqayıt, Gəncə və Qarabağ... - Paşinyan

Bayramov Rusiyaya gedəcək - Səfər tarixi...

Sabir Rüstəmxanlı və xanımı PA-da - Görüş keçirildi

Britaniyanın yeni səfiri Bakıda - Video

Kənd təsərrüfatı məhsulları ucuzlaşacaq?

İlham Əliyev Kavelaşvilini təbrik etdi

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

AXC-nin yaradılması dövlətçilik tariximizdə... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla