Yuxarı

Qarabağda sakin və işəgötürənlərlə görüşlər keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda sakin və işəgötürənlərlə görüşlər keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xocavənd, Zəngilan, Cəbrayıl və Laçın rayonlarında sakinlərlə növbəti səyyar görüşlər keçirilib.

Axar.az xəbər verir ki, görüşlərdə onların məşğulluq imkanları qiymətləndirilib, peşə bacarıqları, əmək fəaliyyətinə maraqları, məşğulluq ehtiyacları araşdırılıb. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri (o cümlədən işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və s.) barədə ətraflı məlumat verilib.

Sakinlərin maraqlarına və əmək bacarıqlarına uyğun iş yerləri ilə təmin edilmələri, özünüməşğulluq proqramına, peşə hazırlığı kursları və digər tədbirlərə cəlb edilmələri üçün ilkin qeydiyyatı aparılıb.

Eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin əməkdaşları tərəfindən Laçın rayonunda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş də keçirilib. İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Agentliyin fəaliyyət istiqamətləri, aktiv məşğulluq proqramları, işəgötürənlərlə birgə icra etdiyi layihələr diqqətə çatdırılıb, Qarabağ Peşə Hazırlığı Mərkəzinin fəaliyyəti barədə təqdimat edilib.

Əlavə iş yerlərinin yaradılması, məqsədli proqramlar barədə də işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Tarix
2026.05.26 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla