Yuxarı

Deputat qanunların dilinə etiraz etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat qanunların dilinə etiraz etdi

Hər qanun həm də dil faktorudur. Qanunların adı dəqiq olmalıdır. Məsələn, “Tütün və tütün məmulatı haqqında” səhvdir, “Tütün və tütün məmulatları haqqında” olmalıdır.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Aran deyib.

Deputat bildirib ki, tütün məmulatları çeşid-çeşiddir:

“Sonra mikro, kiçik və orta sahibkarlıq nə deməkdir? Mikro elə kiçikdir. Bu sözləri yazanda, görəsən, nəyi nəzərdə tuturlar? Bizə bu qanunları nəzərdən keçirmək üçün istedadlı dilçi, hüquqşünas və iqtisadçı lazımdır. Milli Məclis onlara maaş verməlidir. Bu qanunları mütləq həmin adamlara göndərib, öz sahələri üzrə düzəlişlər etdirməliyik”.

Sahibə Qafarova isə Səyyad Arana bu məsələləri MM-in şöbə müdiri ilə işçi qaydada müzakirə etməyi məsləhət görüb.

Tarix
2026.05.26 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla