Martın 19-da cəbhə xəttində düşmən əsgərləri təxribatlar
törədərkən ermənilərdən biri başından vurulub.
ANS-in məlumatına görə, bu barədə erməni mətbuatı yazır. Belə
ki, başından güllə yarası alan Ararat kəndindən olan əsgər Samvel
Akopyan komadan çıxa bilmir.
Belə ki, Xankəndində hospitalda həkimlər 20 yaşlı Akopyanın
başından gülləni çıxara bilməyiblər. Həkimlərin sözlərinə görə,
hava şəraiti pis olduğuna görə, yaralı erməni əsgəri vertolyotla
İrəvan xəstəxanasına göndərə bilmirlər.
Bu arada İrəvan Mərkəzi hospitalın rəhbəri Aram Asaturyan isə
açıqlama verib ki, artıq Xankəndi hospitalından Edqar Martirosyan
və Sarkis Qabrielyan adlı iki erməni əsgəri İrəvana gətirilib.
Asaturyanın sözlərinə görə, onların da vəziyyəti ağırdır.
"Sarkis Qabrielyanın qolu amputasiya edilib, Edqar Martirosyan
isə qarnından güllə yarası alıb və əməliyyat olunub. Xankəndində
isə daha iki yaralı erməni əsgəri qalıb. Onlardan birinin adı Qor
Dalmanyan, digərinin adı isə Samvel Akopyandır", - deyə Aram
Asaturyan bildirib.
Xatıraldaq ki, Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, martın
19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön
xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq
20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.
Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin
analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin
artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və
itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini
yayındırmağa çalışırlar.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son
vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri
təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq
anlamalıdır ki, o özgə torpağına soxulub və sağ-salamat qalmasının
yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və
birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir
hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız
alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq.