Yuxarı

Güclü insan zəifə zor tətbiq etməməlidir - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə çıxışı zamanı bildirib.

"Bizim idmanla bağlı tədbirlərimizin əsas məqsədi insanların sağlamlığını təmin etməkdir. Çünki idmançılar yaxşı bilirlər ki, idman insan sağlamlığı üçün ən əsas amillərdən biridir. Ona görə mən həm idmançılarla görüşlərdə, həm də digər auditoriyada çıxışlarımda həmişə vurğulayıram ki, hər bir insan idmanla məşğul olsun. Söhbət ondan getmir ki, hər kəs idmançı olsun. Amma idmanla məşğul olan insan sağlam olur. İdman insanı fiziki cəhətdən gücləndirir, eyni zamanda, bizim idmançılarımız bu gün məişətdə də bir çoxları üçün nümunədir. Beləliklə, idmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq - həm fiziki cəhətdən, həm mənəvi baxımdan. Çünki fiziki cəhətdən güclü insan adətən öz gücündən yalnız çətin məqamda istifadə etməlidir. Güclü insanda özünə əminlik var. Fiziki cəhətdən güclü insan heç vaxt ondan zəif insana qarşı zor tətbiq etməməlidir. Ancaq özünü, öz yaxınlarını, öz torpağını qorumalıdır. Ona görə idmanın inkişafı, sadəcə olaraq, idman nəticələri əldə etmək üçün vasitə deyil, idmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır.

Mən bir neçə il bundan əvvəl təşəbbüs irəli sürdüm ki, Azərbaycanda hər bir insan ildə bir dəfə pulsuz müayinədən keçsin. Buna nail olmaq üçün əlbəttə ki, bütün şəhərlərdə müasir xəstəxanalar olmalı idi və biz artıq bunu təmin etmişik. Bir neçə ildir ki, 5 milyondan çox insan hər il pulsuz müayinədən keçir, öz fiziki vəziyyətini müəyyən edir və xəstəlik aşkar olunan təqdirdə lazımi müalicə alır. Beləliklə, bu və digər tədbirlər nəticəsində Azərbaycanda insanların ömrünün uzunluğu artıb. Azərbaycan xalqı indi daha sağlamdır və həm tibbi müayinədən keçmək, həm idmanla məşğul olmaq - bu iki amil hesab edirəm ki, insanların sağlamlığı üçün əsas rol oynayır. Əlbəttə, biz çalışmalıyıq ki, uşaqlarımız, yeniyetmələr idmanla müntəzəm məşğul olsunlar. İdmançılar yaxşı bilirlər ki, yalnız müntəzəm məşqlər nəticəyə gətirib çıxarır. Ümid edirəm ki, bu imkanlardan həm idmançılar, həm də rayonun digər sakinləri istifadə edəcəklər. Hesab edirəm ki, bu Olimpiya İdman Kompleksi rayon üçün gözəl sağlamlıq və istirahət mərkəzinə çevriləcək", - İ.Əliyev söyləyib.

Tarix
2020.06.03 / 21:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla