Və nəhayət, uzun müddət nurçularla mübarizə aparan
dövlət başçısının qarşısına belə bir qaranlıq çıxmalı idi… Hər
qaranlıqda nur axtaran tapılır. Ona görə də bəzən işıq gələn yerə
getmək istəyi yalnız cırtdanlara məxsus olmur. Maraqlı burasıdır
ki, həm terror aktı, həm də işıqların sönməsi tək olduqca müəmmalı
məsələ məhz martın 31-də baş verdi. Azərbaycanlıların soyqırımının
qeyd olunduğu bir vaxtda. Türkiyə də həmin qurbanların ruhu ilə
dolu idi.
Ermənilər öz taktika və strategiyalarını heç vaxt dəyişmir.
Həmişə onlar özgə ölkələrin və millətlərin hesabına öz ərazilərini
genişlərdirməyə çalışıblar və buna da nail olublar. Özü də çox vaxt
onların torpaq yağmaladığı ölkə biz olmuşuq. Bir az tarixə
ekskursiya eləyək.
Ötən əsrin əvvəllərində Batumda keçirilən iclasda Azərbaycan
ermənilərə böyük bir ərazi verir. Əvəzində ermənilər öz əlləri ilə
yazıb imza atırlar ki, biz Qarabağın Dağlıq hissəsinə heç vaxt
iddia etməyəcəyik... Ancaq verdikləri sözə tez bir zamanda xilaf
çıxırlar.
Oxşar hadisə 90-cı illərdə də baş verib. Bu artıq bizim iştirak
etdiyimiz tarixin bir parçasıdır. Elə bunun Levon Ter-Petrosyanı
danışıqlar aparırdı, ermənilər bu zaman Şuşanı aparırdı.
Ter-Petrosyan deyirdi ki, bu bizlik deyil, Dağlıq Qarabağda bizə
tabe olmayan qüvvələr var, saqqallılar var, onlarla danışın.
Petrosyanın bir, Köçəryanın ayrı bəyanatının verildiyi vaxta aid
əlimizdə maraqlı bir video yazı da var ki, ona baxmağınızı
istərdim. Çox qısadı. Burda Levon da gülür, Robert də. Levon
müsahibə alırmış kimi mikrofonu Köçəryana uzadır və ondan soruşur:
Haralısan? Robert də gülə-gülə cavab verir ki, albanam.
Gördünüz!? Deyir, gülür, danışırlar. Birlikdədirlər. Birdirlər.
Bütün planları eyni ssenari ilə qururlar. Yəqin ki, öz aralarında
razılaşdırıblar ki, biri xeyirxah, o biri acıqlı müstəntiq rolunda
çıxış eləsin. Kor deyilk, küt deyilik… çörəyi də qulağımıza
yemirik, görürük. Çox şeyi bilirik. Onu da bilirik ki, bu millət
heç vaxt sakit oturmayacaq. Onlar yalnız o vaxt sakit oturacaqlar
ki, Ermənistanı tərk edib Fransaya, Rusiyaya, Amerikaya və daha
haralarasa köçəcəklər. Bax, onda da onların ərazi iddiaları olacaq
Fransaya, Amerikaya, Rusiyaya və daha haralarsa… Qoy olsun. Amma
qoy məşhur burunlarını bizim qoltuğumuzdan, torpaqlarımızdan
çəksinlər...