Yuxarı

ATƏT cəbhədəki sakitliyi alqışladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATƏT cəbhədəki sakitliyi alqışladı

ATƏT-in Minsk Qrupunun bugünkü iclasından sonra həmsədrlər İqor Popov, Stefan Viskonti və Endryu Şofer, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Kasprşik birgə bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda bu gün səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gərginliyin azalması alqışlanıb və münaqişə tərəflərinə gərginliyin de-eskalasiyası üçün mümkün bütün tədbirləri görməyə dair çağırış edilib.

Bəyanatda tərəflər kəskin və bölgədəki vəziyyəti dəyişməyə yönəlmiş ritorikadan çəkinməyə çağırılıb: "Əldə edilən məlumata görə, 15 iyul səhər saatlarından etibarən Azərbaycan-Ermənistan sərhədində vəziyyət nisbətən sakitdir. Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi hərbi əməliyyatların azalmasını alqışlayır və tərəfləri de-eskalasiyanın davam etməsi üçün səy göstərməyə çağırır. Həmsədrlər tərəfləri kəskin ritorikadan və bölgədəki vəziyyəti dəyişdirməyə çalışmaqdan çəkinməyə çağırır. Həmsədrlər sülh prosesinin bərpasına əlverişli mühit yaratmağın zəruriliyini bir daha vurğulayır".

Bəyanatda, həmçinin qeyd olunub ki, həmsədrlər Azərbaycanın və Ermənistan xarici işlər nazirlərinin tezliklə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin vacib tərəfləri ilə bağlı əsaslı danışıqlar aparmasının təsdiqlənməsini alqışlayır və ATƏT müşahidəçilərinin şərtlər imkan verdiyi zamanda bölgəyə qaytarılmasının vacibliyini vurğulayıblar.

Tarix
2020.07.16 / 01:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla