Yuxarı

Ordu hazırdır: Moskva Ankaraya nümayəndə göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordu hazırdır: Moskva Ankaraya nümayəndə göndərdi

Bu gün Türkiyə və Rusiya arasında baş verən siyasi proseslərə təkcə Liviya, Suriya, İraq kontekstindən baxmaq doğru deyil.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşininin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə gəlməsi və türkiyəli həmkarı Sədat Önalla görüşərək, Liviya məsələsini müzakirə etməsi haqda danışarkən deyib. O bildirib ki, Türkiyə və Rusiya müntəzəm olaraq Liviyada baş verən proseslərlə bağlı görüşlər keçirir:

“Çünki rəsmi Moskva Haftara dəstək verən əsas qüvvələrin başında gəlir. Son 3-4 ayın dinamikasına baxdıqda Türkiyə və Rusiya münasibətlərinin Liviyada gərginləşdiyinin şahidi oluruq. Təbii ki, burada xarici faktorların da payı az deyil. Bu gün bu iki dövlətin Yaxın Şərq siyasətində atdıqları addımların boşa çıxmasında maraqlı olan qüvvələr çoxdur. Biz bunun Suriyada, Liviyada, İraqda, hətta Qafqazda belə şahidi olmuşuq. Lakin bununla belə, tərəflər münaqişədən çox qarşılıqlı uzlaşmaya daha maraqlıdır. Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşininin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə gəlməsi də bir daha bunu sübut edir”.

Ekspertin sözlərinə görə, Liviyanın legitim hökumətinə bağlı qüvvələr Sirt və Cufranın qiyamçı Haftar ordusundan azad edilməsi üçün hazırlıqları başa çatdırıblar:

“Sərrac hökumətinə bağlı qüvvələr hazırlıqların bitdiyini elan edib. Yəni tərəflər arasında yenidən gərgin döyüşlər başlaya bilər. Lakin bununla belə, bütün bu siyasi proseslərin Rusiya və Türkiyə təmsilçiləri arasındakı görüşdən asılı olacağını düşünürəm. Ümumiyyətlə, Sirt bölgəsi strateji olaraq çox önəmli bir mövqeyə malikdir. Bu bölgə Liviyanın həm mərkəzinə, həm də sahil xəttinə nəzarət imkanı yaradır. Buna görə də bu bölgə müharibənin gedişində kilid nöqtə hesab edilir. Yəni bu ərazini əlində tutan tərəf Liviyanın böyük bir qisminə nəzarət edir. Hökumət qüvvələrinin bu ərazini ələ keçirməsi Haftarın məğlubiyyətinin elanı ola bilər”.

Tarix
2020.07.22 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla