Yuxarı

Ötən gecənin qara olayları - Xronika

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 136 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tovuz rayonu, Qovlar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaq, 2 aynabənddən ibarət evin ikinci mərtəbəsində 3 otaq, aynabəndin tavanı və dam örtüyü 150 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin 3 otağı, dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 70 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xaçmaz şəhərində vətəndaşa məxsus ümümi sahəsi 200 kv.m olan ikimərtəbəli 4 otaq və aynəbənddən ibarət evin pəncərə çərcivəsi 2 kv.m sahədə və yataq dəsti yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunur. banğın saat 22:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "Mersedes" markalı minik avtomobilinin mühərriki və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan sexdə elektrik kabelləri 2 p.m yanmış və yüksək temperaturdan sexin plastikdən ibarət tavanı 2 kv.m sahədə əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan dəmir konstruksiyalardan ibarət kafenin dam örtüyü, taxtadan ibarət üzlüyü və içərisindəki əşyalar 10 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2015.04.11 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıları öldürən OMON-çuların - Fotosu

Tarixdə ilk: Bakı və İrəvan eyni vaxtda Kremlə qarşı...

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla