Yuxarı

“Lavrovun bəyanatında oyun elementləri var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Lavrovun bəyanatında oyun elementləri var”

"Həm Ermənistanın bir müttəfiqi kimi, həm də Minsk Qrupunun həmsədri və digər həmsədrlər kimi dəfələrlə tamamilə boş, əsassız bəyanatlar verirlər".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O, Azərbaycanın artıq bu cür yersiz bəyanatlardan doyduğunu bildirib:

"Çünki iş görməkdən çox bəyanat yaymaqla məşğuldurlar. Lavrovun İrəvanı Təhlükəsiz Kollektiv Müqaviləsi Təşkilatı çərçivəsində dəstəkləyəcəklərini bildirməsi çox absurddur. İş orasındadır ki, Azərbaycanın Ermənistana hücum etmək kimi bir fikri yoxdur. Moskva İrəvanı kimdən müdafiə etmək istəyirsə etsin, bu, onların öz işidir. İşğalçılardan fərqli olaraq Azərbaycan öz torpaqlarını azad etmək istəyir. Bunun Ermənistana heç bir aidiyyəti yoxdur. Çünki işğal altında saxlanılan torpaqlar Azərbaycana məxsusdur, bu, beynəlxalq strukturlar tərəfindən tanınan bir fakt və reallıqdır. Bunun müqabilində Ermənistana hansısa bir dəstək verilməsi gülüş doğurur. Axı Azərbaycan Ermənistana hücum etmir. Əksinə hücuma, işğala və soyqırıma məruz qalan bizik. Əminəm ki, Lavrov bunu çox yaxşı başa düşür və onun bəyanatında oyun elementləri var. Guya İrəvanı müdafiə edəcəklərini bildirir, ancaq elementləri açmır. Görünür, auditoriyaya çatdırmaq istəyirlər ki, Moskva yenidən İrəvanın arxasındadır. Onu da deyim ki, bütün bunların hamısı sadəcə bir oyundur".

Tarix
2015.04.13 / 09:22
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla