Yuxarı

“Papa “Made in Armenia” yalanına dəstək verdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Papa “Made in Armenia” yalanına dəstək verdi”

"Avropa Parlamenti Birinci Dünya müharibəsində erməni hərbi birləşmələrinin Osmanlıya qarşı qanlı mübarizəsinin nəticələrini ədalətsiz şəkildə Türkiyənin adına yazdı".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Aydın Mirzəzadə çıxış edib. O, Avropa Parlamentinin qondarma soyqırımla bağlı ədalətsiz qərar verdiyini bildirib:

"24 aprel tarixi yaxınlaşdıqca erməni millətçilərinin anti-Türkiyə isterikası güclənməkdədir. Dünya üzrə arzuladıqları şouya nail ola bilməyən "genosidçilər" xaricdə qopardıqları müxtəlif bəyanatlarla istəklərini az da olsa kompensasiya etməyə çalışırlar. Əslən Argentinadan olan Roma Papası Fransiskin oradan olan erməni əsilli dostlarının tövsiyəsi ilə "genosid" hərəkatına dəstək verən bəyanat verdi və bunu reallıqla bağlamağa çalışdı. Ancaq o bu addımı ilə "Made in Armenia" olan 100 illik bir yalana dəstək vermiş oldu və xristian dininin sülh dini olduğunu məqsədli surətdə unutduğunu gizlədə bilmədi. Dünən isə Avropa Parlamenti uydurma "1915-ci il erməni soyqırımı" iddiasını öz qətnaməsi ilə dəstəklədi. Düzdür, AP-nin 616 üzvündən cəmi 61 deputatın bu qeyri-obyektiv qərarın qəbulunda iştirak etməsi heç yerdə vurğulanmadı. Qitə parlamentində qərarın qəbulu üçün kvorum yoxdur, ancaq qərar Avropa adından qəbul edilib. Daima dünyaya ədalət və sülh çağırışı edən Avropa 61 təmsilçisinin səsi ilə əvvəlki çağırışını qarşıdurma və ədalətsizliyi müdafiə çağırışına çevirdi. Avropa Parlamenti Ermənistanın Türkiyəyə qarşı böhtanlarını dəstəkləməklə öz tarixinin ən biabırçı qərarını qəbul etmiş oldu. Birinci Dünya müharibəsində erməni hərbi birləşmələrinin Osmanlıya qarşı qanlı mübarizəsinin nəticələrini ədalətsiz şəkildə Türkiyənin adına yazmış oldu. Türkiyə hökumətinin həmin dövrün arxivlərini açmaq barədə təklifinə Ermənistanın razı olmaması faktını isə Avropa Parlamentində heç kim eşitmək istəmədi. Avropa Parlamenti "genosidçilər" hərəkatının Türkiyəyə qarşı iddialarının arxasında Ermənistanın Türkiyəyə qarşı torpaq iddialarının durduğunu və dünyanın siyasi xəritəsini dəyişmək istəyinin olduğunu məqsədli surətdə görmək istəmir. Necə ki, həmin parlamentarlar Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini və XX əsrin ən dəhşətli facilərindən olan Xocalı faciəsini törətdiyini də israrla görmək istəmir. Avropa Parlamenti dünənki qətnaməsi ilə Türkiyə ilə Ermənistan arasında seçimində Ermənistana üstünlük verdi. Ancaq parlament bunun siyasi nəticələrini təəssüf ki, nəzərə almaq istəmədi".

Tarix
2015.04.16 / 20:44
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla