Yuxarı

Əliyevin çıxışı zəlzələ effekti verdi: İrəvan silkələnir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin sentyabrın 19-da ölkə televiziyalarına müsahibəsi Ermənistanda zəlzələ effekti yaradıb.

Axar.az xəbər verir ki, Prezident məlum müsahibəsində iyul təxribatını ermənilər tərəfindən törədildiyini Minsk Qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisinin açıq şəkildə etiraf etdiyini bildirdi.

İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycana qarşı ciddi təxribat törədilərsə, bu, ermənilər üçün pis olacaq.

Azərbaycan Prezidentinin son açıqlaması Ermənistan mediası, sosial şəbəkə istifadəçiləri, politoloqlarının təşvişinə səbəb olub.

Ermənistanın Müdafiə naziri David Tonoyanın bu gün erməni mətbuatına verdiyi açıqlaması da bu gərginliyin səviyyəsini təsəvvür etməyə imkan verir.

“Narahat olmayın! Biz güclü və dözümlüyük və qarşıda bizi yalnız qələbə gözləyir”, - deyə o bildirib.

Niyə “Narahat olmayın”? Əgər İlham Əliyevin çıxışında ermənilər üçün qorxulu heç nə yoxdursa, o zaman müdafiə naziri niyə belə açıqlama verir?

Xalq nədən narahatdır və Tonoyan onları niyə sakitləşdirir?

Aydın məsələdir ki, Tonoyan və digər erməni rəsmiləri İrəvanın son iyul hadisələrinin əsas günahkarı olduğunu yaxşı bilir və İlham Əliyevin də bu çıxışının hədəfini dərk edirlər.

Erməni politoloq Stepan Danielyanın Əliyevin çıxışına münasibəti isə erməni ictimaiyyətinin narahatlığının səbəbinə tam aydınlıq gətirib.

Danielyan Azərbaycan Prezidentinin heç vaxt aldatmadığını, xalqa yalan demədiyini, çıxışlarında yalnız həqiqəti söylədiyini vurğulayıb:

“Onun (Prezident İlham Əliyevin – red.) sözlərini diqqətlə dinləyin. Onun dediklərində həqiqət var və təəssüf ki, bir çox hallarda bu həqiqəti yalnız Əliyevdən öyrənmək olar, pəltək yalançıdan (Ermənistan Baş naziri Nikol Paşinyan nəzərdə tutulur – red.) deyil”.

Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın son çıxışı da erməni politoloqun nə qədər haqlı olduğunu deməyə əsas verir. Mnatsakanyan son açıqlamasında bir tərəfdən Ermənistanın Dağlıq Qarabağla bağlı sülh danışıqlarına hazır olduqlarını deyir, digər tərəfdən isə Qarabağın “suverenliyi”nin İrəvanın maraqları çərçivəsində olduğunu bildirir:

“Ermənistan özünün sülh prosesinə yanaşmasında çox davamlıdır. Biz dəqiq şəkildə qeyd etmişik ki, sülh prosesinə alternativ yoxdur, həll yalnız sülh yoluyla mümkündür. Biz özümüzə əmin olaraq Ermənistan və Qarabağın öz sərhədlərini, öz maraqlarını güclü müdafiə etdiyini deyirik”.

Məhz “dqr suverenliyi” və “Qarabağ Ermənistandır” təzadlı açıqlamalarına görə də Azərbaycan Prezidenti hazırda heç bir danışığın aparılmadığını deyir. Prezident Ermənistan tərəfinin səslənədirdiyi cəfəng fikirlərinin danışıqlar prosesini pozduğunu xüsusi vurğuladı:

“Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən qüsurlu və ziyanlı bu bəyanatlar danışıqlar üçün yer qoymur”.

Tarix
2020.09.21 / 21:46
Müəllif
Anar Əhmədov
Oxunub
46 592
Digər xəbərlər

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

PKK-nın silahı yerə qoymasına Əliyevdən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla