Axar.az
Yuxarı

Cəbhədə gərginlik: Millət vəkilləri Tovuza gedir - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Ermənistanla sərhəddə törədilən erməni təxribatı ilə əlaqədar millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuza gedib.

Bunu Axar.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

O bildirib ki, həmkarı, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən millət vəkili seçilmiş Ülviyyə Ağayeva ilə birlikdə sərhəddə baş verən erməni təxribatıyla bağlı və həmçinin şəhid Elşən Məmmədovun dəfnində iştirak etmək məqsədi ilə Tovuza gedirlər:

“Ön cəbhə rayonlarımızdan biri olan Tovuz rayonunda düşmən təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu kiçik çavuş Elşən Əli oğlu Məmmədov şəhid olub. Allahdan şəhidimizə rəhmət, ailəsinə və əzizlərinə səbir diləyirik. Bir az əvvəl dəyərli şəhid qardaşımızın əziz atası ilə də danışdım. Belə bir vətənpərvər oğul böyütdükləri üçün “hamımız sizə minnətdarıq, bu cür oğullarla qürur duyuruq” dedim. Əziz şəhidimizin dəyərli ailəsinə bir daha Allahdan səbir diləyirəm. “Vətən sağ olsun” deyən bütün ailələr ən böyük sayğıya layiqdir. Şəhid qardaşımız nur içində yatsın. İnşallah qanı yerdə qalmayacaq. İşğalçı Ermənistan Tovuz rayonu istiqamətində təxribatlarını davam etdirir və təbii ki, arxasındakı bəzi güclərə arxayındır. Amma düşmən layiqli cavabını alır və alacaq. Allah Ordumuza, əsgər və hərbçilərimizə, əziz dövlətimizə, ön cəbhədə yaşayan dəyərli insanlarımıza kömək olsun”.

Daha bir millət vəkili, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputat seçilən Arzu Nağıyev də həftəsonu Tovuza səfər edəcəyini bildirib:

“Həftəsonu Tovuza səfər edəcəyəm. Ermənilərin son vaxtlar təxribatı çoxalmışdı. Bu, artıq müharibə anonsu deməkdir. Bunun sərhəd bölgəsində baş verməsi onların torpaq iddiası ilə bağlıdır. Qeyri-adekvat addım atan Paşinyan başa düşməlidir ki, Prezident İlham Əliyev dediyi kimi, hər hansı müharibə başlasa, bu, ermənilərin öz ərazisində olacaq. Düşünürəm ki, ermənilərin hər bir addımına layiqli şəkildə cavab veriləcək”.

Tarix
2020.09.21 / 17:47
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ermənistan hərbi rəhbərliyinə qarşı cinayət işləri açıldı

Nikol müharibəni uduzub: əgər etiraf etsə... – İsrail eksperti

Xankəndidə hərbi anbar məhv edildi - Video

Qarabağda Rusiyanın axtardığı terrorçu məhv edildi - Foto

“Human Rayt Voç” ermənilərin Bərdə terrorunu pislədi

Ermənistanın 5468 əsgəri məhv edildi - Adbaad siyahı

İrəvanın xəbəri yoxdur: Biz məhv oluruq – Erməni polkovnik

Misir mediası da yaydı: ermənilərin 5 mindən çox itkisi...

Putin: Qarabağda mənafelər balansını tapmaq lazımdır ki...

Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır - Putin

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla