Yuxarı

Ceyhun Bayramov Nazirlər Görüşündə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramov Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin videokonfrans formatında keçirilən illik Nazirlər Görüşündə iştirak edib.

XİN-dən Axar.az-a verilən məlumata görə, Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupuna sədrlik edən Qazaxıstanın təşəbbüsü ilə “COVİD-19 dövründə Vyana Fəaliyyət Proqramının sürətləndirilmiş şəkildə həyata keçirilməsi və Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə davamlı inkişafa nail olmaq üçün tərəfdaşlıq” mövzusunda keçirilən bu görüşün açılış sessiyasında Qazaxıstan Respublikasının Xarici İşlər naziri Muxtar Tleuberdi, BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır və BMT-nin Baş katibi Antonio Quterreş çıxış etmişlər. Tədbirin ümumi müzakirələrində 28 ölkə və beynəlxalq təşkilatın nümayəndəsi iştirak etmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov COVİD-19 ilə mübarizə çərçivəsində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər, eləcə də bu xüsusda qlobal müstəvidə səylərin gücləndirilməsi üçün Azərbaycanın verdiyi töhfə barədə tədbir iştirakçılarına məlumat verib. Pandemiya zamanı Azərbaycanın regional əməkdaşlığa mühüm əhəmiyyət verərək təchizat axınını dayandırmadığı vurğulanıb.

Nazir Ceyhun Bayramov tərəfindən Azərbaycanın bölgədaxili və bölgələrarası nəqliyyat əlaqələndirmə layihələri, o cümlədən Avrasiya məkanı boyunca tranzit imkanlarını artırmağı hədəf alan əsas infrastruktur layihələri, eləcə də ölkəmizdə həyata keçirilən nəqliyyat sektorunun infrastrukturunun modernləşdirilməsi barədə məlumat verilib.

Çıxışının sonunda nazir Ceyhun Bayramov tədbir iştirakçılarının diqqətini Ermənistanın cari ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatına cəlb edərək, bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın mühüm enerji və nəqliyyat infrastrukturunu hədəf aldığını vurğulayıb. Bu infrastrukturun yalnız Azərbaycanın iqtisadi davamlılığı üçün deyil, geniş Avrasiya bölgəsi üçün əhəmiyyət kəsb etdiyi iştirakçıların nəzərinə çatdırılıb. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyini vurğulayıb.

Məlumat üçün bildirmək istərdik ki, Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu sözügedən ölkələrin səmərəli tranzit əməkdaşlığını təşviq etmək, bununla da onların dünya iqtisadiyyatına inteqrasiyasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə vermək məqsədilə yaradılıb. Qrupda Azərbaycan da daxil olmaqla, 32 ölkə təmsil olunur.

Tarix
2020.09.23 / 19:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla