Yuxarı

Atatürkün erməni “soyqırım”ı ilə bağlı tarixi cavabı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atatürkün erməni “soyqırım”ı ilə bağlı tarixi cavabı

Atatürkün Anadolunun İttifaq dövlətləri tərəfindən işğal altında olduğu 26 fevral 1921-ci ildə onu ziyarətə gəlmiş amerikalı jurnalist Klanens Streitlə görüşü dahi şəxsiyyətin cavabıyla tarixə keçib.

Axar.az-ın məlumatına görə, bu görüş Atatürkün amerikalı jurnalistə ermənilərin köç edilməsi və erməni quldur dəstələrinin Anadoluda törətdikləri qətllərlə bağlı verdiyi tarixi cavablarla yaddaşlarda qalıb.

Atatürkün həmin tarixi cavabını təqdim edirik:

"İngilislərin sülh dövründə İrlandiyaya rəva gördüyü münasibətə laqeyd yanaşan dünya ermənilərin köçü barəsində verməyə məcbur qaldığımız qərara görə bizi ittiham edə bilməz. Böhtanların əksinə olaraq, köç edilənlər həyatdadır və bunlardan çoxu əgər İttifaq dövlətləri bizi təkrar müharibəyə məcbur etməsəydilər, evlərinə dönmüş olardılar. Rusların şərq vilayətlərimizi təxliyyəyə başladığı dövrdə erməni quldur dəstələrinin törətdikləri qırğınlar və təxribatlar hər kəsə məlumdur...

Rus ordusu 1915-ci ildə bizə qarşı böyük hücuma başladığı ərəfədə çarlığın xidmətində olan Erməni Daşnak Komitəsi qoşunlarımızın arxasındakı erməniləri üsyana qaldırdılar. Düşmənin qüvvəsinin və hərbi texnikasının çoxluğu sayəsində geri çəkilməyə məcbur qaldığımız üçün özümüzü iki atəş arasında qalmış görürdük. Ermənilər tərəfindən yaralılarımızı daşıyan konvoylarımız mərhəmətsiz şəkildə öldürülür, körpülər dağıdılır, yollar məhv edilir və türk kəndlərində terror hökm sürürdü. Bu cinayətləri törədən erməni dəstələri silah-sursatı sülh dövründə bəzi böyük dövlətlərdən almışdılar. Bu səbəbdən ermənilər köçürüldü. Millətimiz əleyhinə deyilənlər tamamilə böhtandır. Millətimizin qəddar olması ilə bağlı iddialar başdan-başa yalandır. Heç bir millət bizim kimi digər xalqların inanclarına və adətlərinə hörmət etməmişdir. Osmanlıda onlara hər cür sərbəstlik verilmişdi".

Tarix
2015.04.24 / 13:44
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla