Yuxarı

Almaniyada “Erməni terroruna və işğalına yox” yürüşü keçiriləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada yaşayan azərbaycanlılar “Erməni terroruna və işğalına yox” adlı yürüş keçiricəklər.

Axar.az Report-a istinadən xəbər verir ki, həmvətənlərimizin yürüşü Şimali Reyn Vestfaliya əyalətinin Düsseldorf şəhərində baş tutacaq.

Yürüşün məqsədi Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəfə alan təxribatlara, eyni zamanda illərdir bu ölkənin Azərbaycan torpaqlarını qanunsuz olaraq işğal altında saxlamasına diqqət çəkmək olacaq.

Təşkilatçılarından verilən məlumata görə, yürüşə Almaniyada fəaliyyət göstərən Azərbaycan və Türkiyə dərnəkləri də dəstək verəcəklər.

Yürüşdə “Qarabağ Azərbaycandır”, “Erməni terroruna yox!”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan-Türkiyə”, “Xocalıya ədalət”, “Şəhidlər ölməz, Vətən bölünməz” və s. şüarlar Azərbaycan, ingilis və alman dilində səsləndiriləcək.

Artıq Düsseldorf şəhər rəhbərliyi oktyabrın 3-ü, yerli vaxtla saat 13: 00-dan 16:00-ya kimi davam edəcək yürüşə razılıq verib. Yürüşün başlanğıc nöqtəsi kimi Düsseldorf şəhər Dəmir Yol Vağzalı qeyd edilib.

Tarix
2020.09.30 / 09:48
Müəllif
Axar.az
Digər xəbərlər

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla