Yuxarı

Professor Nikolun F-16 iddiasını darmadağın etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Professor Nikolun F-16 iddiasını darmadağın etdi

Erməni siyasi xadimləri bütün vasitələrlə Moskvanı Qarabağ konfliktinə cəlb etməyə və Cənubi Qafqazda Rusiya və Türkiyənin iştirakı ilə qarşıdurma yaratmağa cəhd edirlər.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Arxitektura və Memarlıq Elmləri Akademiyasının üzvü, professor Kamran Rüstəmov deyib.

“Əgər Ermənistan ərazisində türk qüvvələri ilə toqquşma baş versə, bu o zaman həmin ölkəyə aqressiya kimi baş düşülməlidir. KTMT belə olan halda konfliktə müdaxilə etməyə məcburdur. Lakin bu gün döyüş yalnız Azərbaycan ərazisində gedir. Bu, bütün dünyanın qəbul etdiyi Azərbaycan sərhədləridir”, – deyə o bildirib.

Rüstəmov, həmçinin Paşinyanın “Ermənistan ərazisində vurulan erməni təyyarəsi” iddiasına da cavab verib:

“Birincisi, belə çıxır ki, Türkiyə qırıcıları Ermənistan sərhədlərini pozub və ikincisi, bu təyyarə cinayət törədərək Ermənistan ordusuna məxsus qırıcını vurub. O zaman məntiqli sual çıxır. Bəs Ermənistanın hava məkanını qoruyan Rusiya istehsalı kompleksləriniz haradadır? Onlar türk təyyarəsini necə görməyə bilərlər? Üstəlik, Ermənistan ərazisində ən müasir izləmə sistemləriylə təchiz edilmiş Rusiya hərbi bazası yerləşir. O da pozucunu aşkar edə bilməyib? Yəni bu cür müasir qurğular erməni təyyarəsinin vurulma prosesini görməyib?!”

Professor Rusiyanın Armavir şəhərində “Voronej” tipli iki radarla təchiz edilmiş ən güclü RLS-ə sahib olduğunu və onun fəaliyyət radiusunun 4200 kilometr təşkil etdiyini bildirib:

“Cənub-qərb istiqamətində bu radarlarda biri bütün Ermənistanı tam əhatə edir. Əgər 2013-cü ildə bu Armavir radarları İsrailin Suriyaya atdığı iki ABŞ raketini görə biliblərsə, o zaman onlar özlərindən bir neçə yüz kilometr aralıda olan Ermənistanda baş verənləri görməyə bilməzlər. Beləliklə, Paşinyan dünənki çıxışında tam yalan danışmış olur”.

Tarix
2020.09.30 / 19:07
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla