Yuxarı

Nikolun planı: 27 sentyabrda nə hazırlanmışdı? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatından sonra demək olar ki, bütün dünyanın diqqəti Cənubi Qafqazda başlanan hərbi əməliyyatlara yönəldi.

Görünür, Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan məhz elə bunu da istəyirdi. İrəvanın ilkin planı belə idi: regionda müharibə yaratmaq, ən güclü erməni silahı olan diaspor vasitəsi ilə faktların saxtalaşdırılmasını işə salmaq, bununla da Ermənistanı “hücuma məruz qalan müdafiəsiz, yazıq xristian ölkəsi” kimi dünya ictimayətinə təqdim etmək.

Paşinyanın planı qüsursuz getdiyi təqdirdə prosesə bir tərəfdən Rusiya, digər tərəfdən Türkiyə də qoşulmalı idi. Necə deyərlər, tarix təkrar olunur: ermənilər yüz illər bundan əvvəl də, indi də böyük müharibələri başladan katalizatordular.

"Bütün ermənilərin əsas vəzifəsi Türkiyəyə qarşı istənilən müharibədir”

Bunu isə biz demirik. Bu, 1946-cı ildə Qahirədə erməni dilində nəşr edilmiş “Ermənistan və Türkiyə məhkəməsi” kitabından bir parçadır. Bu da ermənilərin bütün dövrlərə əsas ideoloji xəttidir. Bu, onu göstərir ki, erməni bütün mümkün və qeyri-mümkün üsullarla Moskvanı Ankara ilə üz-üzə qoymaq istəyir.

Təbii ki, Qərb də bunda maraqlıdır. Məhz bu səbəbdən Ermənistanı okeanın o tayından dəstəkləyirlər.

İrəvanın bu istiqamətdə ilk təxribatı baş tutmadı. Bu ilin iyulunda bütün dünya ermənilərin iç üzünü gördü. Paşinyan özünü pis “yandırdı”. Söhbət guya Ermənistan silahlı qüvvələrinin müdafiə xəttini yarmağa çalışan “uazik hücumu”ndan gedir.

İrəvanın “ağıllıları” düşünürdülər ki, hər şeyi xırda məqamlarına qədər planlaşdırıblar. “Hadisə işğal olunmuş torpaqlarda baş verməyib və bu, Ermənistana birbaşa hücum kimi görünəcək”.

Amma plan baş tutmadı. Paşinyanın yalanla dolu böyük buz qəsri gün üzünə çıxan kimi əridir. Böyük dövlətlərin liderləri “quzu dərisi geymiş caqqalı” tez görə bildi və hamı iyul hadisələrində Bakını dəstəklədi.

Amma bu, “tülkü planı”nın ilk mərhələsi idi.

İndi hər şeyi bir-bir rəflərdə yerləşdirəcəyik...

Sentyabrın 27-də İrəvanın yeni planı başladı. Ermənistan silahlı qüvvələri Azərbaycan kəndlərinə hücum etdi.

Xatırladaq ki, Ermənistanın əsas məqsədi Qafqazda müharibə yaratmaq idi. Onlara lazım idi ki, Azərbaycan Silahlı Qüvvələri təxribata cavab olaraq adi, sıravi atışma ilə cavab versin. İrəvan isə “erməni təşvirat maşınını” işə salıb bunu Bakı tərəfindən edilən təcavüz kimi təqdim edə bilsin.

Bir sözlə, məkan və aktyorlar dəyişir - süjet dəyişməz qalır.

Amma ilk saatlardan hər şey kökündən dəyişdı. Ermənistan 30 il ərzində hər gün baş verən “atəşkəs rejiminin pozulması" əvəzinə Azərbaycan Ordusu tərəfindən güclü zərbə aldı.

Hər bir planın öz əks-planı olmalıdır

Bir sutka ərzində Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş bir sıra ərazilərin azad edilməsinə və çoxlu sayda canlı qüvvənin və düşmən texnikasının məhv edilməsinə nail oldu. Daha sonra plandan daha bir bənd də pozuldu: Rusiya ermənilərə birbaşa dəstək verməkdən imtina etdi.

Putin bu günlərdə müxtəlif mövzularda dəfələrlə mətbuat qarşısında çıxış etsə də, bu münaqişə haqqında bir söz də demədi. Paşinyan başa düşdü ki, iş belə getməyəcək. Ona aydın oldu ki, bu dəfə də hamı Azərbaycanı dəstəkləyəcək. Proses İrəvanın nəzarətindən çıxmağa başladı və onlar "qırmızı düyməni" basmaq qərarına gəldilər.

Ermənistandan danışarkən “qırmızı düymə” anlayışı tamamilə başqa məna daşıyır. Bu, nəsildən-nəslə ötürülən dəhşətli silahdır – "saxtakarlıq" və "aldatma"! Əsrlər boyu ermənilərin bu silahından həm tarix, həm də müxtəlif millətlər və ölkələr əziyyət çəkib.

Siz bir buna baxın:

Ermənilərin daha bir orijinal saxta fotoşəkli iddia edir ki, guya Suriya yaraqlıları Dağlıq Qarabağda erməni qüvvələri ilə davam edən toqquşmalarda mübarizə aparmaq üçün Azərbaycana göndərilib.

[Sağda - orijinal şəkil, solda - erməni fotoşopu]

"Türkiyə Ermənistana vurdu, Rusiya, kömək et!”

Bundan sonra guya Türkiyənin F-16-sı erməni təyyarəsinı partlatması barədə məlumatlar ortaya çıxdı. Amma bu dəfə də alınmadı – beynəlxalq ekspertlər və mütəxəssislər bir neçə saatdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin təyarəsinin erməni qırıcısını vurmamasını faktlarla sübut edə biliblər.

Məşhur erməni tədqiqatçısı Filipp Ekozyans da İrəvandan səslənən növbəti feyki ifşa edə bilib. Rusiya KİV-də guya Azərbaycan Silahlı Qüvvələrinin Xankəndini bombaladığı və bu zaman kiçik erməni qızın pəncərənin qarşısında durub dua etdiyi videosu peyda olub.

Ekozyants bununla bağlı belə yazır: “Stepanakertin (Xankəndi) “bombalandığınının” təsdiqini axtarırdım. İki video tapdım. Birinci videoda pəncərə qarşısında oturan fağır qızın dua edərək sinəsində xaç çəkməsi və nəyinsə birdən-birə partlaması lentə alınıb. Bu videonu yaradanların ideyası ermənilərin müdafiəsiz və günahsız oldugunu dünyaya göstərməkdir. Aciz bir xristian ölkəsinin köməyə ehtiyacı olduğunu bildirmək idi.

Bu video üçün tam iki adekvat rəy. 1. Video tam olaraq qurmadır. Qız heç düzgün xaç çəkə bilmir. Görünür, o, bu videoçəkilişə qədər həyatda heç vaxt sinəsində xaç çəkməyib. 2. Çəkiliş qrupu hardan bilir ki, indi nəsə uçacaq və partlayacaq? “Lox” axtarırsız, ermənilər? Bütün ürəyi yumşaq insanlardan sui-istifadə etmək istəyirsiz? İkinci video ümumiyyətlə, heç bir şey haqqındadır. Küçədə zibillik çəkilir və birdən-birə video kəsilir. Bəlkə operator Stepanakert küçələrində şüurunu itirib və yerə yıxılıb?" - deyə erməni tarixçı qeyd edib.

P.S. Sonda ermənilərə sadə məsləhət vermək istərdik. Sakitləşin! Sizdən heç kim artıq bir şey tələb etmir. Torpaqlardan çıxın, yetər! Bizə başqasının heç nəyi lazım deyil! Onsuz da mövcud Ermənistan Respublikasının yerləşdiyi torpaqlarda da sizin tarixi mövcudluğunuz belə o “Qırmızı düymə”nin işidir. Amma bu tamamilə fərqli bir hekayədir…

Tarix
2020.10.01 / 15:50
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla