Yuxarı

Çanaqqalanın qalibi birinci olmaqdan qorxur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Birinci olmaqdan qorxuram. Üçüncülük də bəsimdir"

Bu sözləri "Çanaqqala savaşı" mövzusunda keçirilən müsabiqədə 3-cü yeri tutan şair Akif Əhmədgil Axar.az-a açıqlamasında deyib:

"Həmişə birinci olmaqdan bir az qorxmuşam. Ona görə də elə bu işsiz vaxtımda 3-cülük də bəsimdir. Üstəlik, keçən ay Tərcümə Mərkəzinin keçirdiyi müsabiqədəki uğursuzluqdan sonra bu, deyəsən, yerinə düşdü. Yazıçılar Birliyinə və Türkiyə Səfirliyinə minnətdaram. Bu şeiri məhz bu müsabiqə üçün yazmışdım. Mən 20 ilə yaxındır Yasamal rayonunda Şuşa qaçqınlarının yaşadığı məhəllədə yaşayıram. Onlarla qonşu olduğum üçün sevinclərinə, kədərlərinə şərikəm. İnanın, onların Şuşaya qayıdacaqları günü necə səbirsizlikə və intizarla gözlədiklərinin az qala, hər gün şahidi oluram. Görünür, elə bu şeirimə də onların həsrəti və ümidi bir az işıq salıb. Maraqlı burasıdır ki, bu müsabiqədə qardaşım Namiq məqaləsinə görə 1-ci yerə layiq görülüb. Elə bu da bəsimdir".

Xatırladaq ki, Çanaqqala savaşının 100 illiyi münasibətilə keçirilən müsabiqəni Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi və Azərbaycan Yazıçılar Birliyi birgə təşkil edib.

Tarix
2015.04.26 / 09:00
Müəllif
Nigar An
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla