Yuxarı

Qarabağın azad edilməsi iqtisadi sıçrayışa da səbəb olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağın azad edilməsi iqtisadi sıçrayışa da səbəb olacaq

İşğal altında olan torpaqlarımız ölkəmizin ən zəngin bölgəsidir. İlkin hesabat onu deməyə əsas verir ki, torpaqlarımız tamamilə işğaldan azad ediləcəyi təqdirdə bu ərazilər ölkəmizin iqtisadi artımına səbəb olacaq.

Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli Ordumuzun uğurlu əks-hücum əməliyyatı nəticəsində azad edilən ərazilər haqda danışarkən deyib.

O bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi davam edir:

“İnanıram ki, işğal altında olan torpaqlarımızın hamısı düşmən tapdağından azad ediləcək. Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı iqtisadi cəhətdən bizə çox ziyan vurub. Yəni burada söhbət sadə məbləğlərdən deyil, milyardlarla dollardan gedir. Lakin bu gün torpaqlarımızın işğaldan azad edilməsi yenidən bu əraziləri bərpa edib, yeraltı və yerüstü sərvətlərindən faydalanmağımıza şərait yaradacaq.

Bu gün başda Suqovuşan olmaqla, digər işğaldan azad edilən torpaqlarımız yararlı, bol, məhsuldar torpaqlardır. Bu isə istər-istəməz ölkəmizin kənd təsərrüfatının bütün sahələrində inkişafına dəstək verəcək.

Eyni zamanda bu torpaqlar həm də bolsulu ərazilərdir. Bildiyiniz kimi, Suqovuşan ərazisində iki su elektrik stansiyası və yaxınlıqda Sərsəng su anbarı yerləşir. Bu ərazilər ölkəmizin tez-tez üzləşdiyi quraqlıq probleminə də əsaslı bir həll olacaq.

Dağlıq Qarabağ və ətraf ərazilər xüsusilə qızıl, gümüş, dəmir kimi yataqlarla zəngindir. Bu torpaqların turizm potensialı isə xüsusilə vacibdir. İşğaldan azad edilən torpaqlarımız gələcəkdə turizm sahəsinin inkişaf etməsinə, hətta pandemiya dövründə uğradığı ziyanın qatbaqat konpensasiyasına səbəb olacaq”.

Tarix
2020.10.04 / 16:47
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla