Yuxarı

Gürcü KİV-ləri Qarabağ həqiqətlərindən yazdı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan rəsmilərinin Qarabağda gedən əməliyyatlar, ermənilərin məğlubiyyəti və dinc əhalini atəşə tutması barədə məlumatları Gürcüstan mətbuatının diqqət mərkəzindədir.

Axar.az xəbər verir ki, report.ge, aktual.ge, pia.ge, 24news.ge, 1tv.ge, dalğatv.ge və s. informasiya portalları Azərbaycan həqiqətlərini Azərbaycan, rus, gürcü və ingilis dillərində oxuculara təqdim edirlər.

Mətbuat Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə, Xarici İşlər Naziri Ceyhun Bayramova, Müdafiə Nazirliyi və Baş Prokurorluğa istinadla Ermənistan ərazisindən Azərbaycanın Gəncə, Goranboy, Füzuli, Zəngilan Qubadlı, Bərdə və digər şəhərlərinin atəşə tutulması, mülki əhali arasında itkilərin, xüsusilə də uşaqların və qadınların amansızlıqla qətlə yetirilməsi, yaşayış evlərinə, ictimai, dövlət və obyektlərə ciddi ziyan dəyməsi barədə məlumatlar çatdırır.

Bundan başqa, Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü, erməni silahlı birləşmələrinin böyük itki vermələri, qəhrəman Azərbaycan əsgərinin onlarla erməni terrorçusunu əsir götürməsi, erməni silahlı birləşmələrinə məxsus hərbi texnika, silah və sursatın məhv edilməsi barədə də çoxlu məlumatlar yayılıb.

Bu gün, ümumilikdə, Azərbaycan Ordusunun uğurları və Qarabağ həqiqətləri barədə Gürcüstan ictimaiyyətinə 15-dən çox material təqdim edilib.

Materialların bir çoxu oxuculara foto və video formatda təqdim olunur.

Tarix
2020.10.25 / 01:49
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla