Yuxarı

Paşinyan sərsəmlədi, Axıska türkləri ayağa qalxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan sərsəmlədi, Axıska türkləri ayağa qalxdı

Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstanla bağlı sərsəmləməsi Azərbaycanda yaşayan Axısxa (Mesxeti) türkləri icmasının etirazına səbəb olub.

Axar.az xəbər verir ki, icmanın bununla bağlı bəyanatında deyilir:

Sentyabrın 27-də başlanan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin və şanlı Ordumuzun qətiyyətli addımları sayəsində Azərbaycanın tarixi torpaqları düşməndən təmizlənir. İllərdir Ermənistan hakimiyyətinin Azərbaycanın ayrılmaz bir parçası olan Dağlıq Qarabağ bölgəsinə ərazi iddialarının olması hamıya məlumdur, baxmayaraq ki, bütün dünya ölkələri tərəfindən beynəlxalq hüququn normalarına əsasən bu bölgə Azərbaycanın suveren ərazisi kimi tanınır. Çox təəssüf ki, Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti bu gün də özünü büruzə verir. Bunun bariz nümunəsi bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi Feysbuk səhifəsində Gürcüstanın ərazisi olan Samtsxe-Cavaxetiya bölgəsində keçirilən mitinqin şəklini paylaşaraq bu bölgəni "Cavax" adlandırması olub.

Qeyd edək ki, bu bölgə tarix boyu Axısxa (Mesxeti) türklərinin əzəli vətəni olub və ermənilər bu əraziyə sonradan yerləşdirilib. Biz Azərbaycanda yaşayan Axısxa türkləri olaraq Samtsxe-Cavaxetiya bölgəsini digər bölgələr kimi Gürcüstanın suveren ərazisi olaraq tanıyır və qəbul edirik. Azərbaycanda yaşayan Axısxa türkləri "Vətən" İctimai Birliyi olaraq bütün beynəlxalq platformalarda, konfrans və konqreslərdə Gürcüstanın ərazi bütövlüyünū tanıyan bəyanatlarla çıxış edirik. İllərdir Birliyin İdarə Heyətinin üzvləri, sədri olaraq Gürcüstanı rəsmiləri ilə görüşdə ermənilərin Dağlıq Qarabağdan sonra Gürcüstana ərazi iddiaları olması proqnozlarımızı çox təəssüf ki, görməyə başlayırıq. Bəyanat verməklə Ermənistan baş nazirinin bu paylaşımını şiddətlə qınayaraq, Gürcüstan hökumətindən və dost gürcü xalqından bu kimi yersiz çıxışlara öz haqlı mövqelərini göstərmələrini xahiş edirik”.

Bəyanat Azərbaycanda yaşayan Axısxa türkləri “Vətən” İctimai Birliyi və icmanın sədri İsmayıl Rəhimov tərəfindən imzalanıb.

Tarix
2020.10.27 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla