Yuxarı

Müzakirə prosesinin tabutunda son mismar... - Hacıyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Nyu York Tayms” qəzetində Dağlıq Qarabağ münaqişəsinin son durumu ilə bağlı məqalə dərc olunub.

Axar.az xəbər verir ki, yazıda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb. H.Hacıyev “Müzakirə prosesinin tabutundakı son mismar Paşinyan Dağlıq Qarabağın Ermənistan olduğunu söyləməsi oldu”, - deyə nəşrə bildirib.

H.Hacıyev müsahibədə qeyd edib ki, Azərbaycan Nikol Paşinyanın 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlişindən sonra münaqişənin dinc yolla həlli prosesində irəliləyişə ümid edib. Sabiq jurnalist Paşinyan Azərbaycan Prezidenti ilə ilk görüşündə vaxt istəyib, eyni zamanda Dağlıq Qarabağla bağlı yeni siyasət yürütməyə söz verib.

Lakin bu yeni siyasət gəlməyib. Analitiklərin sözlərinə görə, gərginlik bu il daha da artıb. Çünki Paşinyan və onun müdafiə naziri Şuşanı paytaxt etmək və avqustda parlamenti ora köçürmək planları barədə populist bəyanatlar veriblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi məqaləni özünün Tvitter hesabında paylaşıb.

Tarix
2020.10.28 / 02:40
Müəllif
Axar.az
Digər xəbərlər

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla