Yuxarı

Putin: Qarabağda mənafelər balansını tapmaq lazımdır ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin: Qarabağda mənafelər balansını tapmaq lazımdır ki...

Hər iki tərəfi – həm bizim həmişə hörmətlə yanaşdığımız Azərbaycan xalqını, həm də erməni xalqını və Ermənistan dövlətini qane edən, onların maraqları nəzərə alınan mənafelər balansını tapmaq lazımdır ki, insanlar özlərini təhlükəsiz hiss etsinlər, lakin, eyni zamanda, həm Azərbaycanın, həm də Ermənistanın, elə insanların kifayət qədər sadə yaşadığı Dağlıq Qarabağın özünün də səmərəli inkişafının əsasını təşkil edən bütün infrastruktur imkanları bərpa olunsun və inkişaf etdirilsin. Bu halda bizim bugünkü diskussiyanın iştirakçılarının çoxu həmin ərazilərin inkişafında iştirak etmək, orada sərmayə qoymaq imkanı əldə edərdi – hər iki ölkənin insanları çox istedadlı, çox qabiliyyətlidir. Artıq 30 ilə yaxın davam edən bu münaqişə hər iki tərəfin səmərəli inkişafına imkan vermir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “VTB Kapitala” “Rossiya zovyot!” İnvestisiya Forumunun iclasında söyləyib.

Rusiya lideri vurğulayıb ki, birinci mərhələdə döyüş əməliyyatlarını dayandırmaq lazımdır. V.Putin sonda deyib:

“İnsanların həlak olmasına son qoymaq, danışıqlar masası arxasına keçmək və Minsk qrupu tərəfindən, onun həmsədrləri – Rusiya, ABŞ, Fransa tərəfindən ifadə edilmiş təkliflər əsasında həmin Minsk qrupunun digər üzvlərinin, - orada çox ölkə var, Türkiyə, bəzi Avropa dövlətləri, - iştirakı ilə konsensus və mənafelər balansını tapmaq lazımdır. Bunu etmək olar”.

Tarix
2020.10.30 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla