Yuxarı

Samir Əsədlinin bank hesabından pul oğurlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Samir Əsədlinin bank hesabından pul oğurlandı

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin bank kartındakı pullar özünün xəbəri olmadan İndoneziya vətəndaşları tərəfindən çıxarılıb.

Bu barədə S.Əsədli özü məlumat verib. Onun sözlərinə görə, uzun müddət kartı vasitəsilə maaşını ala bilməyib: "Bankomatda kartı yoxlayan zaman məlum oldu ki, kartım bank tərəfindən təsdiqlənmir. Bankda dedilər ki, kartında problem var, 1 həftədən sonra gəlib yenisini apararsan. Deyilən vaxt getdim. Dedilər ki, bir həftədən sonraya qalıb. Bu gün bankdan zəng etdilər ki, gəl kartını apar".

S.Əsədli deyib ki, bankomatda kartı yoxladıqda hesabımda 90 qəpik qalıq olduğu aydınlaşıb:

"Aydınlaşdırdılar ki, pul İndoneziyadan, konkret Çakkarta şəhərində hesabdan çıxarılıb. Səbəbin soruşdum. Bildirdilər ki, Nizami küçəsindəki ("Tarqovı") bankomatın yanındakı ağaca indoneziyalılar kamera quraşdırıblar, həmin vaxt bankomata kim yaxınlaşıbsa o adamların bütün kart kodlarını çəkib, əl hərəkətlərinə də diqqətlə baxıb, sonra kartların dublikartını çıxarıb, hesablardan oğurluq ediblər. Mənim hesabımdan 3 dəfəyə pulu çıxarılıblar. Bu yaxınlarda isə həmin dəstənin 3 üzvünü Bakıda həbs ediliblər. Ərizə yazıb, xarici pasportumu da əlavə edib banka təqdim etməliyəm. Çakkartada olmadığım aydınlaşandan sonra, hesaba gələn il pul əlavə ediləcək".

S.Əsədlinin sözlərinə görə, söhbət Beynəlxalq Bankdan gedir. (Aznews.az)

Tarix
2013.12.25 / 17:25
Müəllif
Axar.az
Digər xəbərlər

Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı

İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla