Yuxarı

Ukrayna yüzlərlə "Pinqvin" aldı: Onlar nəyə qadirdir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna yüzlərlə "Pinqvin" aldı: Onlar nəyə qadirdir?

ABŞ-ın kosmik və müdafiə şirkəti “Redwire” Ukraynaya 300-dən çox “Pinqvin” kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) tədarük edib.

Axar.az xəbər verir ki, bu barədə “Defence Blog” yazıb.

Qeyd olunur ki, yeni versiya 2022-ci ildə istifadə olunan aparatlarla müqayisədə daha yüksək hündürlüyə qalxa bilir. Bu imkanlar kəşfiyyat dronlarını işğalçı qüvvələrin zərbə PUA-larına qarşı daha dayanıqlı edir.

“Pinqvin” kiçik, sabit qanadlı pilotsuz uçuş aparatıdır. O, kəşfiyyat, müşahidə və ərazinin araşdırılması üçün nəzərdə tutulub. Ukrayna Müdafiə Qüvvələri modernləşdirilmiş “Pinqvin Mk2X” versiyasını əldə edib. Bu model davamlılığı, daha uzağa və digər analoji aparatlardan daha yüksək hündürlüyə uça bilməsi ilə seçilir. “Redwire” uçuşun dəqiq hündürlüyü və məsafəsi barədə məlumat açıqlamayıb.

PUA-nın üzərində “Redwire” şirkətinin Latviyadakı filialı tərəfindən istehsal olunan “Octopus 180” sabitləşdirilmiş kamera quraşdırılıb. Bu kamera operatorlara hədəfləri daha uzaq məsafədən və daha dəqiq şəkildə müşahidə etməyə imkan verir.

Tarix
2026.09.29 / 09:08
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla