Yuxarı

Həzi Aslanovun adı Bağırovun repressiya siyahısında - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həzi Aslanovun adı Bağırovun repressiya siyahısında - Video

Gənc jurnalist Kürçaylı Məmmədov iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqda hazırladığı süjeti paylaşıb.

Axar.az xəbər verir ki, jurnalist süjeti hazırlamasıyla bağlı öz Feysbuk hesabında bu sözləri yazıb:

"Düz beş il hər səhər, təxminən saat 9-10 arasında Lənkəranda kirayədə qaldığım evə bu səs-musiqi sədaları dolardı: "Siz Həzini unutmayın". Səhər tezdən coşqu olardı parkda, möhtəşəm tədbir olardı. Elə indi də var, amma mən orada deyiləm. Yenə də mahnıdan yadımda qalan o cümlə: "Siz Həzini unutmayın" sədalanır orda. Kirayə qaldığım mənzildə, eşitdiyimə görə, zabitlər qalır. İndi onlar eşidir bu səsi, bir də otaqlar, divarlar. Həzi Aslanov parkının bir addımlığında yaşayırdım. Böyük generalın böyük heykəli ucalan park Lənkəranın ən sevdiyim məkanları sırasındadı. Sonra xatirə süjeti hazırlamaq qərarına gəldim Böyük General haqqında.

Lənkəranın Gərmətük qəsəbəsindən başladım həyatının izinə düşməyə. Bu süjetə görə onlarla lənkəranlı, ümumilikdə cənub zonasının adamları tərəfindən dəfələrlə təşəkkür aldım. Onlar hamısı qeyd edirdi ki, mənə qədər CTV-də çox adam general haqqında süjet hazırlasa da, beləsi olmamışdı. İsti və vətənpərvər adamlar. Həzi Aslanov kimi..."

Faşizm üzərində qələbənin 70 illiyində Həzi Aslanovu anmaq yerinə düşər deyə, sözügedən süjeti təqdim edirik:

Tarix
2015.05.09 / 10:34
Müəllif
Nihad Cəbrayıl
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla