Yuxarı

Harundan İlham Əliyevə: Biz də onlar qədər sevinirik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Onlar Qarabağ müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirirlər.

Axar.az Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Türkiyənin İstanbul şəhərindən Çakmak Harun yazır:

“Hörmətli cənab Prezident, Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Mən bir neçə il bundan əvvəl Azərbaycanda inşaat işlərində çalışmışam. Azərbaycanda olduğum müddətdə özümü öz torpağımda hiss edirdim. Bunun bir səbəbi insanların qonaqpərvərliyi, digər səbəbi isə mənim kökümün, əslimin qafqazlı olmasıdır. Mənim ata-babam vaxtilə İrəvandan sürgün edilmişlər. Biz bunu hər zaman böyüklərimizdən eşidirdik. Amma bunun nə demək olduğunu Qarabağdan məcburi köçkün salınmış insanları gördükdə daha yaxşı başa düşdüm. Biz bəlkə də ata yurdumuza heç zaman dönməyəcəyik. Amma Sizin sayənizdə Kəlbəcər, Laçın, Füzuli və digər torpaqlar əsl sahiblərinə qovuşur. Biz də burada məcbur köçkünlər qədər sevinirik. Mən fürsət düşən kimi, azad etdiyiniz torpaqları ziyarət edəcəyəm və həmin yerlərin yenidən inşa edilməsində qarşılıqsız çalışacağam ki, Azərbaycanda gördüyüm hörmətin əvəzini verə bilim. Bir daha Sizi, müzəffər Ordunuzu və bütün Azərbaycan xalqını təbrik edirəm”.

İstanbuldan Kurt İsa Ebik dövlətimizin başçısına yazır:

“Hörmətli cənab Prezident, bu məktubu Sizə yazarkən ürəyim azərbaycanlı qardaşlarımın və hərbçilərin qəlbləri ilə birlikdə döyünür. Ermənilər Qarabağ torpaqlarını 1988-ci ilin əvvəlindən 30 ilə yaxın müddətdə işğal altında saxlasalar da, Azərbaycan xalqı və türk milləti Qarabağın, Şuşanın işğalı ilə heç vaxt barışmadı. Ürəyimizdə, musiqimizdə, şeirlərdə yaşatdıq bu həsrəti. Ermənilər havadarlarının köməyi ilə nə vaxtsa silahsız olan Azərbaycandan alınan torpaqların elə onlarda qalacağına əmin idilər. Ancaq ürəkləri atəş və həsrətlə dolu olan Azərbaycan xalqı bu günləri gözləyirdi və heç vaxt Qarabağın işğalı ilə barışmırdı. “Şuşa, can Şuşa, gələcəyik və yenidən səninlə görüşəcəyik” sözləri heç zaman nəğmələrdən əskik olmurdu. 1988-ci ildə ABŞ-da tələbə olarkən bir qəzet səhifələrindən Qarabağdakı erməni vəhşiliyini əks etdirən materialları topladım. Mətbuat və güc onlarda idi. Fotoşəkillərdən Azərbaycan xalqının bu müharibəyə hazırlıqsız olduğu başa düşülürdü. Həmin qəzet materiallarını hələ də saxlayıram. Lakin zaman dəyişdi. Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi. Şuşanın və bütün Qarabağın azad edilməsi Azərbaycanın gələcək inkişafı üçün çox vacib məsələdir. Hər Azərbaycan şəhərinin, kəndinin azadlığı barədə xəbərləri izləmək mənə qürur verirdi. Zəfər Azərbaycanın və Sizindir. Ruhumuz, ürəyimiz can Azərbaycanladır! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Məmmədağa Əjdərov:

“Müzəffər Ali Baş Komandan, sentyabrın 27-dən başlayaraq müqəddəs Azərbaycanımızın yeni şərəfli tarixi yazılmağa başlanılıb. Otuz ilə yaxın mənfur düşmən tapdağında olan torpaqlarımız Sizin komandanlığınız altında rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunmuşdur. Qarabağımızın tacı olan Şuşamıza və işğaldan azad olunan digər şəhərlərimizə müqəddəs üçrəngli bayrağımız sancılmışdır. Azərbaycan xalqının qəlbi hədsiz sevinc və qürurla dolmuşdur. Ulu öndərimiz Heydər Əliyevin və Sizin dediyiniz kimi, dövlətimizin qüdrəti və təhlükəsizliyi güclü iqtisadiyyatımız və güclü Ordumuzla şərtləndirilir. Sizin söylədiyiniz kimi, biz işğaldan azad olunmuş yaşayış məntəqələrimizi bərpa edəcəyik, yeni-yeni yollar çəkəcəyik, yeni qəsəbələr, şəhərlər salacağıq. Məcburi köçkünlərimiz sevinclə öz doğma ata-baba yurdlarına qayıdacaq. Qarabağımızın çiçəklənməsi mənfur düşmənlərimizə göz dağı olacaqdır. Bu tədbirləri həyata keçirmək üçün dövlətimizin kifayət qədər maliyyə vəsaiti vardır. Buna baxmayaraq, biz sadə vətəndaşlar da bu müqəddəs işdə öz kiçik töhfəmizi vermək istəyirik. Mən təklif edirəm ki, könüllülük əsasında “Qarabağ Azərbaycandır!” adlı bir fond yaradılsın. Belə bir fond yaradılarsa, şəxsən mən əmək fəaliyyətimin sonuna kimi, əməkhaqqımın 5 faizini həmin fonda köçürməyi könüllü olaraq öhdəmə götürürəm. Yaşasın Ali Baş Komandan və rəşadətli Ordumuz! Yaşasın Qarabağımız! Qarabağ Azərbaycandır!”.

Daşkəsən rayonundan Elşən Abdullayev yazır:

“Hörmətli cənab Prezident, torpaqlarımızın düşməndən geri alınması münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram. Cənab Prezident, çox sağ olun ki, Siz ata vəsiyyətini layiqincə yerinə yetirdiniz. Allah Ulu Öndərimizə və bütün şəhidlərimizə rəhmət eləsin. Mən fəxr edirəm ki, təməli Ulu Öndərimiz tərəfindən qoyulan və Sizin rəhbərliyinizlə xalqa xidmət edən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan Ordusu!”.

Füzuli sakini Ağacan Teymurov:

“Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Siz Prezident seçilən ilk gündən Sizin fikriniz Azərbaycan xalqının xoşbəxtliyi, onun xoş gələcəyi və ən əsası da torpaqlarımızın erməni tapdağından azad olunması olmuşdur. Çox şükürlər olsun ki, Siz dediklərinizin hamısına nail oldunuz. Bütün bunlara görə Sizə öz dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Cənab Prezident, Vətən müharibəsi başlayandan əvvəl mənim iki övladım Vətənimizin müdafiəsi üçün hərbi xidmətə getdilər və qəhrəmancasına döyüşdülər. Döyüş gedən müddətdə erməni qəsbkarlarının atdığı mərmi nəticəsində evimiz darmadağın edildi. Ancaq bizdə heç bir ruh düşkünlüyü olmadı. Bizə Sizin, Ordumuzun sağlamlığı və Vətənimizin bütövlüyü lazımdır. Xalqımız çətin günlərdə bizləri tək qoymadı. Xeyriyyəçilərimiz bizə dəstək oldular. Uca Tanrı Sizə və Ordumuza yar olsun!”.

Xocalı sakini Allahverən Kərimovun məktubunda deyilir:

“Hörmətli cənab Prezident, əvvəla Sizi və müzəffər Ordumuzu böyük qələbə, yəni işğal altında olan torpaqlarımızın azad olunması münasibətilə təbrik edirəm. Mən bu təbrik məktubunu sevinc hissi ilə Sizə ünvanlayıram. Sizin uzaqgörən siyasətinizi hər zaman dəstəkləmişik və indi Sizə inamımız daha da yüksəkdir. Əziz Prezidentimiz, Siz bizi 30 ilə yaxın işğal altında olan dədə-baba torpaqlarımıza geri qaytarırsınız, uşaqlığımızı bizə qaytardınız. Həqiqətən nə deyə bilərəm, sevincimin həddi-hüdudu yoxdur. Var olun, cənab Prezident. Hər zaman Sizin yanınızdayıq. Biz inanırıq ki, tezliklə öz doğma torpaqlarımıza qayıdacağıq. Sağ olun, var olun əziz Prezidentimiz. Torpaqlarımız uğrunda şəhid olan qardaşlarımızın ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik. Allah Sizi qorusun!”.

Ağdam sakini Cabir Məmmədov:

“Hörmətli Prezident, ölkəmizin ən ağır, ən müşkül problemləri Sizin liderliyinizlə bir-bir həll olunur və bütün bunlar bir Azərbaycan vətəndaşı olaraq, hər birimizi sevindirir. İllərlə hər birimizin ürək yarasına çevrilmiş Qarabağ, şükürlər olsun ki, artıq böyük ölçüdə azadlığına qovuşub və tamamilə azad olacaq. Bütün bunlar Sizin komandanlığınız altında Ordumuzun və xalqımızın, Sizin ifadə ilə desək, bir yumruq kimi birliyinin nəticəsidir. Biz ölkəmizə kənar siyasi və digər təzyiqlərin olduğunu da bilirik. İnşallah, tezliklə o çətinliklərin öhdəsindən gələcəyinizə inanırıq. Azərbaycanımız daha güclü, daha firavan, daha möhtəşəm bir ölkəyə çevriləcək. Hörmətli cənab Prezident, Vətənimizin hər qarışı hər birimiz üçün əzizdir, doğmadır. Hər birimiz bu Vətənin əsgərləriyik. “Ölsək şəhid, qalsaq qazı” amalı ilə yaşayırıq. Hər birimizin doğulduğu bölgə ona bir az daha yaxındır, daha doğmadır. Mən də Ağdamda doğulmuşam. İllərlə "məcburi köçkün" adından narahat olmuşam. Şükürlər olsun ki, artıq bu ad üzərimizdən götürüldü. Sizin ən qısa zamanda Ağdama səfəriniz bizi daha da sevindirdi. Allah yar və yardımçınız olsun! Amin! Cənab Prezident, izninizlə belə bir təklifim var ki, Şuşa şəhəri 2021-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilsin. İl ərzində böyük mədəni tədbirlər keçirilsin. Məncə, bu, Qarabağın, bir mədəniyyət mərkəzi olaraq, bütövlükdə dünyada təbliği üçün bir addım olar. Təşəkkür edirəm”.

Qazaxdan Zakir Yunisov:

“Müzəffər Ali Baş Komandan İlham Əliyev, bütün dünyaya özünü, millətini tanıdan, düşmənlərin öhdəsindən layiqincə gələn qəhrəman Prezidentimiz, Sizi ailə üzvlərim və bütün Qazax əhalisi adından səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür və cansağlığı, qələbənin daim Sizinlə bir olmasını arzu edirəm. Cənab Prezident, Azərbaycan xalqı Sizinlə fəxr edir. Sizi ömürlük Prezident kimi görmək arzusundadır. Sizi istəməyən azərbaycanlı ola bilməz. Qarabağ bizim dərd yerimiz idi. O problemi də Siz həll etdiniz. Vaxtilə düşmənin beş il ərzində zəbt etdiyi torpaqları Siz 44 gündə geri aldınız. Artıq heç bir çətinliyimiz, problemimiz qalmadı. Eşq olsun Sizə! Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun qardaş Türkiyənin Prezidenti Ərdoğana! Bizə dayaq olan hər kəsə təşəkkür edir, onlarla qürur duyuruq. Yer üzərində Sizin kimi Prezident olmayıb, olmayacaq da. Siz ömürlük tarixə düşdünüz. Ulu Öndərin ruhu şad oldu. Cənab Prezident, hər kəsin qeydinə qaldığınız üçün ölkənin başında hər zaman Siz duracaqsınız. Qələbə hər zaman Sizinlə olsun! Cənab İlham Əliyev, Sizin bütün çıxışlarınızı böyük həvəslə izləyirik. Bütün danışıqlarınız ömürlük yaddaşlara həkk olunub. Millətimiz bir olduğu zaman Vətənimiz basılmaz. Millətimiz daim dəmir yumruq kimi bir olmalıdır. Müzəffər Ali Baş Komandan, mən Sizin yolunuzda ölümə belə getməyə hazıram. Eşq olsun Prezidentimizə!”.

Laçın sakini Əmirxan Zeynalov:

“Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, Siz fəaliyyətə başladığınız ilk gündən bir amalınız olub - müstəqilliyimizi qorumaq, güclü Azərbaycan dövləti yaratmaq, hər bir Azərbaycan vətəndaşının maddi, mənəvi rifahının yaxşılaşdırılması, ən şərəfli vəzifə olan əzəli və əbədi düşmənimiz - faşist ermənilərin işğal etdikləri torpaqlarımızı azad etmək. Cənab Prezident, Siz bu amalların hamısını bizlərə bəxş etdiniz. Buna görə Sizə minnətdaram. Bir laçınlı olaraq həmişə Sizə inanmışam. Arzu edirəm, Laçın rayonunun ən uca zirvəsi olan Qırxqız zirvəsində üç rəngli bayrağımızı dalğalandırasınız. Siz həmin zirvədən Dərələyəzi, Göyçə mahalını və bütün Qarabağı seyr edəsiniz”.

Xocalı sakini Səxavət Hüseynov:

“Müzəffər Ali Baş Komandan, İlham Əliyev, qayıtması bizlər üçün xəyal olan və bu gün həmin arzularımızı gerçəkləşdirərək 30 il düşmən tapdağında qalan torpaqlarımızın 44 gün ərzində azad edilməsində göstərdiyiniz dəmir iradəyə görə Sizə və yaratdığınız qüdrətli Azərbaycan Ordusuna dərin minnətdarlığımı bildirirəm. Bir Azərbaycan gənci kimi inanıram ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin quruculuğunuz sayəsində gündən-günə inkişaf edəcək, çiçəklənəcəkdir”.

Tarix
2020.11.28 / 18:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla