Yuxarı

Aynur Camalqızı: “Bu nəticəni ala bilməzdik...” - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aynur Camalqızı: “Bu nəticəni ala bilməzdik...” - Video

"Teleqraf" MMC media qrupun rəhbəri Aynur Camalqızı Lider TV-də yayımlanan "Səda 24" proqramında iştirak edib.

Axar.az xəbər verir ki, Bakı-2015 I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı sualları cavablandıran media qurumun rəhbəri oyunlar zamanı medianın üzərinə düşən vəzifədən danışıb. Onun sözlərinə görə, oyunların Azərbaycanda keçirilməsi bizə əlavə dividentlər qazandırır:

"Belə bir beynəlxalq yarışmanın Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox böyük dividentlər gətirən bir hadisədir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizə çox gözəl fürsətlər verir ki, ölkəmizi dünyada tanıdaq. Ümumiyyətlə, bu cür böyük tədbirlər keçirilərkən o tədbirlərin keçirildiyi ölkələrdə üç əsas amil nəzərə alınır. Birinci, əlbəttə ki, təhlükəsizlik məsələsidir. İkincisi, maliyyə məsələsi, üçüncüsü isə təcrübə məsələsidir. Təhlükəsizliyə gəlincə, Azərbaycan təbii ki, kifayət qədər stabil bir ölkədir. Azərbaycan bütün beynəlxalq qarşıdurmaların fövqündə dayanmağı bacardı. Təsəvvür edin ki, son 10 ildə Azərbaycan 300-dən artıq beynəlxalq tədbirə ev sahibliyi edib. Bunu müqayisə etmək üçün dünyada ikinci bir ölkə yoxdur".

Avropa Oyunları zamanı medianın üzərinə böyük vəzifə düşdüyünü deyən Aynur Camalqızı Azərbaycanın Avropa mədəniyyətinin bir parçası olduğunu və bu istiqamətdə təbliğat işlərinin aparıldığını bildirdi:

"Şübhəsiz ki, əgər ölkəmizdə belə bir beynəlxalq tədbir keçirilirsə, biz media nümayəndələrinin də üzərinə çox böyük işlər düşür. Ümumiyyətlə, idman yarışları bir mədəniyyət hadisəsidir. Və Avropaya inteqrasiya prosesində Azərbaycan üçün gözəl fürsətlər açan bir hadisədir. Yəni biz bu tədbirin Azərbaycanda keçirilməsi ilə Avropaya daha sürətlə inteqrasiya etmək şansı qazanmışıq. Azərbaycan Avropa mədəniyyətinin multikultural bir parçasıdır. Media nümayəndəsi olaraq bu tədbirin keçirilməsinin əhəmiyyətini istər ölkə ictimaiyyətinə, istərsə də dünyaya çatdırmaq üçün öz imkanlarımızdan geniş istifadə edirik. Demək olar ki, bütün idman infrastrukturu oyunlara tam hazırdır. Qarşıdan bildiyiniz kimi 2017-ci il İslam Həmrəyliyi Oyunları da keçiriləcək. Bu da çox böyük beynəlxalq əhəmiyyəti olan yarışma olacaq. Biz həmin yarışlarda artıq hazır olacağıq".

Daha ətraflı bu linkdən izləyə bilərsiniz.

Tarix
2015.05.13 / 17:38
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla