Yuxarı

ANS onları niyə dəyişir? - Kamran da danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS onları niyə dəyişir? - Kamran da danışdı

Aparıcı Kamran Həsənlinin "Günə baxan" verilişindən getməsi müxtəlif söz-söhbətlərə rəvac verib. Əldə etdiyimiz məlumata görə, Kamran Həsənli sözügedən verilişdən ANS rəhbərliyi tərəfindən kənarlaşdırılıb.

Bununla bağlı Publika.az-a açıqlama verən aparıcı deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. ANS rəhbərliyi ilə aralarında heç bir narazılığın yaşanmadığını deyən Həsənli verilişdən uzaqlaşmasını yorulduğu və gündəlik işə gedib-gəlmək əziyyəti ilə izah edib. Bir sözlə, gah nala vurub, gah da mıxa: "Hər kəs bilir ki, mənim kimdənsə narazılığım olanda sözümü deyib, o telekanaldan gedirəm. Söz yox ki, narazılığımı ifadə etmirəm və kiminsə dalınca danışmıram, sadəcə olaraq, ordan çıxıb gedirəm. ANS rəhbərliyi ilə aramızda qalmaqal olsaydı, sakitcə çıxıb gedərdim. Amma getmirəm, çünki layihəyə başlayacağam. Yeni veriliş həftədə bir dəfə olacaq. Sözün düzü, "Günə baxan" həftəiçi hər gün yayıldığından bir az yorulmuşdum.

Maraqlıdır ki, yorulduğunu, hər gün veriliş aparmağın ağır olduğunu desə də, cəmi bir gün keçməsinə baxmayaraq, keçmiş verilişinin nostaljisini də gizlətməyib: "Günə baxan" verilişində çox güclü komanda fəaliyyət göstərirdi, çox gözəl proqram idi. Kifayət qədər sevilirdi, baxılırdı. Veriliş çox ürəyimcə idi".

Maraqlıdır, beləydisə, aparıcı niyə təriflədiyi proqramı hələ necə reytinq toplayacağı bilinməyən verilişə dəyişib?

Bu barədə danışmaq istəmədiyini deyən və sualımızı dərindən ah çəkməklə cavablandıran Kamran Həsənli gözləməyimizi məsləhət bildi.

Maraqlıdır, ANS-də nələr baş verir? Xoşqədəm Hidayətqızı Elgizin, Elgiz Kamran Həsənlinin verilişini əlindən aldı. Görəsən, Kamran kimin verilişini gözaltı edib?

Tarix
2015.05.14 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla