Yuxarı

Müsavat İbrahimbəyovun istefasına nail oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müsavat İbrahimbəyovun istefasına nail oldu

Yazıçı və kino xadimi Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurası üzvlərinə müraciət edib.

Müraciətdə deyilir:
- Prezident seçkisindən dərhal sonra demokratik müxalifətin sıralarında kəskinləşən partiyalararası fikir ayrılıqları ictimaiyyətin diqqətini ölkənin əsas problemlərindən yayındırır. Milli Şuranın fəaliyyətinin nəticələrini şübhə altına alanların məqsədlərini analiz etmək fikrində deyiləm, lakin şübhəsiz ki, onların fəaliyyəti demokratik qüvvələrin birliyini pozmağa yönəlib və Milli Şuranın mövcudluğu faktının beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsindən narahatlıq keçirən hakimiyyətin maraqları ilə üst-üstə düşür.

Milli Şuranı tənqid edənlər öz destruktiv hərəkətlərini bizim təşkilatın "sıralarının təmizliyindən" narahatlıqları ilə ört-basdır edirlər, lakin ardıcıl olaraq qurumun yaradılmasına, prezident seçkisində Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinə necə mane olduqlarını unudurlar.

Və bu gün yalnız özlərinə aydın olan hansısa məqsədlərinə nail olmaqla Milli Şuranın tənqidçiləri iyirmi il ərzində qarşılıqlı irad və ittihamlar səbəbindən pərən-pərən düşmüş demokratik qüvvələrin bu geniş koalisiyasının tarixi əhəmiyyətini kiçildirlər. Dünya demokratik birliyi Milli Şuranı Azərbaycanda demokratik müxalifətin yeni inkişaf pilləsi kimi qəbul edir, faydalı qarşılıqlı əməkdaşlığı mümkün olan nüfuzlu təşkilat kimi görür. Bu, hakimiyyəti və öz hərəkətləri ilə Milli Şuranı iki-üç partiyanın ittifaqına çevirmək istəyənləri narahat edir.

Bütün bunları başa düşərək və Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm.

Ümidvaram ki, mənim qərarım heç olmasa bir müddət partiyalararası gərginliyi aradan qaldıracaq və Milli Şuranın saxlanmasına yardım edəcək.

Demokratik birliyin yaradılması uğrunda səylərimə haqq qazandıranlara və dəstəkləyənlərə bir daha öz təşəkkürümü bildirirəm və bu məktubun istefam barədə rəsmi bəyanat hesab olunmasını xahiş edirəm.

Müraciəti www.contact.az yayıb.

Tarix
2013.12.26 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla