Yuxarı

Azərbaycan Ordusu ruslarla birgə onları məhv edəcək - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Ordusu ruslarla birgə onları məhv edəcək - Video

12:37

Moskvada baş tutan görüşdə Vladimir Putin və İlham Əliyev arasında daha səmimi münasibət olduğu müşahidə edildi. Bu, çox şey deməkdir. Paşinyan solğun görünürdü və danışıqlar masasında sözün əsl mənasında bir neçə dəfə büküldüyünü görmək mümkün idi. Paşinyan əksini göstərməyə çalışdı, lakin danışıqlar onun üçün o qədər də rahat keçmədi.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşü şərh edərkən deyib.

“Qarabağın inkişafına dair birgə bəyanat böyük iqtisadi layihələrin olacağını göstərir və bu, Ermənistan üçün də faydalıdır. Lakin bu, Ermənistan xalqının revanşdan nəsə gözləməməli, sülh və firavanlığa hazırlaşmalı olduğu qənaətinə gəldiyi təqdirdə uğurlu olacaq. Gərginliyin artmasının qarşısını almaq üçün Rusiyanın təklif etdiyi meyarlar rəsmi Bakı tərəfindən tam dəstəklənir”, - politoloq qeyd edib.

Y.Mixaylova görə, rəsmi İrəvan nəyə ehtiyac duyduğuna hələ qərar verməyib:

“Azərbaycanın ərazi bütövlüyünə qəsdlərə və terrorçuların Qarabağa daxil olmasına yol verilməməlidir. Əks təqdirdə Azərbaycan Ordusu Rusiya sülhməramlıları ilə birlikdə onları məhv edəcək.

Dəmiryolu rabitəsi, magistral yollar, sərhədlərin açılması - bunların hamısı indiki kimi sözlə deyil, əməllə həyata keçirilsə, bir çox narazılığın aradan qalxmasına, xalqların barışığına kömək edəcək”.

Tarix
2021.01.13 / 14:48
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla