Yuxarı

İngiltərə Bakıda Fransaya rəqib olur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Krallığın Azərbaycanla yaxınlaşması və son zamanlar münasibətlərin sıxlaşması uzun illər sonra rəsmi Londonun bir regionda Fransa ilə rəqabətə girməsinə gətirib çıxara bilər. Çünki rəsmi Paris bənzər şəkildə Ermənistana yaxınlaşır. Cənubi Qafqaz yeni reallıqlar fonunda böyük güclərin rəqabət meydanına dönə bilər. Həm siyasi, həm də iqtisadi baxımdan.

Bu sözləri Axar.az-a açıqlama sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Mortonun Azərbaycana səfərini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Birləşmiş Krallıq son zamanlar xarici siyasətində əsaslı dəyişiklik edib:

“Xüsusilə də bu dəyişiklik Avropa İttifaqından çıxandan sonra daha çox özünü büruzə verir. Aydın məsələdir ki, Birləşmiş Krallıq daha aktiv xarici siyasət apararaq dünya siyasətində yenidən aparıcı faktor olmaq niyyətindədir. Bu istiqamətdə Azərbaycanla təmasları gücləndirmək, əlbəttə, önəmlidir.

O ki qaldı Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinə, deyə bilərəm ki, iki ölkə arasında uğurlu tarixi əlaqələr mövcuddur. Belə ki, rəsmi London Azərbaycana ən çox investisiya qoyan ölkələr sırasındadır. Bu gün iki ölkə arasında çoxtərəfli əlaqələr davam etməkdədir. Xüsusilə Birləşmiş Krallıq işğaldan azad edilən ərazilərin yenidən qurulması istiqamətində investisiya qoyuluşunda maraqlıdır və rəsmi Bakı ilə təmasları gücləndirməsi də bundan xəbər verir”.

Politoloqun qeyd edib ki, regionda yeni reallıqlar var və rəsmi London bu reallıqları nəzərə alaraq öz yerini möhkəmləndirməyə çalışır:

“Azərbaycanın regionda yaratdığı yeni reallıqlar şübhəsiz ki, bir çox ölkənin diqqətini çəkib. Müharibəyə qədər rəsmi Bakının ərsəyə gətirdiyi nəqliyyat, energetika layihələri bu gün işğaldan azad edilən ərazilərin yenidən qurulması mərhələsi ilə daha fərqli bir müstəviyə keçib. Bütün bunları rəsmi London da görür və qiymətləndirir. Birləşmiş Krallığın nüfuzlu şirkətləri, investorları istəyir ki, daha güzəştli şərtlər altında quruculuq və s. işlərdə əsas paya malik olsun. Xüsusilə bu istiqamətdə rəsmi Londonun tarixi rəqibi Fransa da diqqət çəkir. Çünki Fransa bir yandan rəsmi Bakı ilə danışıqlar apararaq prosesdə özünə yer etməyə çalışır, həm də Ermənistanın yanında yer alaraq siyasi mövqeyini ortaya qoyur. Bu mənada düşünürəm ki, xanım Vendi Mortonun Azərbaycana səfəri məhsuldar olacaq. Birləşmiş Krallıq bizim üçün vacib tərəfdaşdır və bunu istər müharibədən əvvəl, istərsə də müharibə zamanı göstərdi. Düşünürəm, bundan sonra da ölkələrarası münasibətlər inkişaf edəcək”.

Tarix
2021.02.08 / 16:36
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla