Yuxarı

Xocalı soyqırımı Rusiya Dumasında tanına bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı soyqırımı Rusiya Dumasında tanına bilər

Elə cinayətlər var ki, onları unutmaq və bağışlamaq mümkün deyil. Xocalı faciəsi bunlardan biridir.

Axar.az xəbər verir ki, bu barədə “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Moskvada, Xocalı faciəsinin qurbanlarının anma gecəsində vurğulayıb.

“Misli görünməmiş qəddarlıq, məhvə məhkum edilən şəhəri tərk etməyə çalışan dinc sakinlərin, qaçqınların məqsədyönlü qətli onunla nəticələndi ki, qanlı qırğında 600-dən çox dinc sakin - qocalar, uşaqlar, xəstələr, yaralılar amansızlıqla, vəhşicəsinə məhv edildi. Bu əməlləri törədənlərə cəza verilməlidir. Hər şeydən əvvəl ondan ötrü ki, bizim həyatımızda və gələcək nəsillərin həyatında bu cür qorxunc əməllər bir daha heç vaxt təkrar olunmasın”, - Korotçenko qeyd edib.

İ.Korotçenko Qarabağ münaqişəsinin gedişində ermənilər tərəfindən törədilən cinayətlər üzrə beynəlxalq tribunal yaradılmasını təklif edib.

Ekspert vurğulayıb: “Belə dəhşətli vəziyyəti biz dövrümüzdə də, İkinci Qarabağ müharibəsinin gedişində, Azərbaycanın münaqişə zonasından onlarca, yüzlərcə kilometr uzaqda yerləşən dinc şəhərlərinə raket zərbələri endirilən zaman da gördük. Bu planda Xocalı faciəsinə dair bütün sənədlər və faciənin başvermə səbəbləri beynəlxalq ictimaiyyət üçün maksimal şəkildə əlçatan olmalıdır. Belə əməllər nüfuzlu beynəlxalq təşkilatların tribunasından səslənən çıxışlarda da soyqırımı adlandırılmalıdır. Mən istisna etmirəm ki, Dövlət Dumasının yeni tərkibi (bizdə seçkilər sentyabrda keçiriləcək) Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması təşəbbüsünü irəli sürə biləcək”.

Korotçenko bildirib ki, insanlığa qarşı cinayətlərin iddia müddətləri yoxdur. Əgər cinayətkarların bu kateqoriyası müəyyən edilərsə, tutularsa və mühakimə edilərsə, o halda onların nə yaşı, nə də digər şərait cəzanı təxirə sala bilməz. Xocalıda dəhşətli cinayətləri törədənlərin axtarışı İnterpol xətti ilə aparılmalıdır.

Tarix
2021.03.01 / 19:57
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla