Yuxarı

Qərb Rusiya ilə müharibə aparır: növbəti zərbə - Vasadze

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika və Böyük Britaniyanın Rusiyaya yeni sanksiyalar tətbiq etməsi qaçılmazdır.

Bu sözləri Axar.az-a açıqlamasında gürcü ekspert, politoloq Gela Vasadze ABŞ və Britaniyanın Rusiyaya yeni sanksiyalar tətbiq etmə ehtimalından danışarkən deyib.

Ekspertin sözlərinə görə, bu, 2007-ci ildə Putinin Münhen nitqindən sonra qaçılmaz hala gəlib:

“Lakin Qərb bunu yalnız Krımın ilhaqından və Avropa ölkəsinin daxili siyasətinə müdaxilə cəhdlərindən sonra başa düşüb. Rəsmi Moskva Qərbə qarşı yeni bir Soyuq müharibə başladıb. Uzun müddət Vaşinqtonda və Avropa paytaxtlarında bunun mümkün olduğuna inanmaq istəmədilər. Bəziləri hələ də buna inanmır, lakin artıq inanmayanlar azlıq təşkil edir. Sanksiya siyasəti Qərbin Rusiyaya qarşı apardığı mübarizənin yalnız görünən tərəfidir”.

Politoloq, həmçinin sanksiyaların tətbiq ediləcəyi təqdirdə Rusiyanın buna hər hansı bir müqavimət göstərməyəcəyini də qeyd edib:

“Əlbəttə ki, reaksiya olacaq, amma gəlin realist olaq, bu gün Rusiya Federasiyasının ABŞ-a və ya Avropaya həqiqətən zərər vermək üçün kifayət qədər resursları yoxdur. Odur ki, Kreml tərəfindən verilən reaksiya əsasən göstəriş xarakterli olacaq”.

G.Vasadze sözügedən sanksiyaların tətbiqinin Rusiya daxilindəki vəziyyətə ciddi bir təsir göstərməyəcəyindən də danışıb:

“Qərb Rusiya elitasının daxilindəki vəziyyəti gərginləşdirməyə çalışır. Tətbiq olunacaq yeni sanksiyaların Rusiya daxilindəki güc nisbətini kökündən dəyişdirəcəyi ehtimalı yoxdur”.

Qeyd edək ki, bu gün “Blumberq” agentliyi ABŞ və Böyük Britaniyanın kimyəvi silah istifadəsinə görə Rusiyaya yeni sanksiyalar tətbiq etməyi planlaşdırdığına dair məlumat yayıb.

Tarix
2021.03.05 / 13:22
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla