Yuxarı

O, yalnız Kremlin istifadə etdiyi fiqurdur - Zülfüqarov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
O, yalnız Kremlin istifadə etdiyi fiqurdur - Zülfüqarov

Ermənistanın sabiq prezidenti R.Köçəryanın indiki halda Rusiyanın dəstəyi ilə əldə edə biləcəyi maksimum nailiyyət Ermənistan parlamentində mandat əldə etməkdir. Bunun xaricində nəsə əldə edəcəyini düşünmürəm. Onun seçkiqabağı kampaniyasına Rusiyadan başlaması bununla əlaqədərdir.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın sabiq prezidenti R.Köçəryanın Ermənistandakı seçkiqabağı kampaniyasına Rusiyadan başlaması haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, R.Köçəryan indiki halda elə də ciddi bir siyasi fiqur deyil və Kreml ondan sadəcə, Ermənistan Baş naziri Nikol Paşinyana qarşı təzyiq vasitəsi kimi istifadə edir:

“Bu gün Ermənistanda və Rusiyada ağlı başında olan insan anlayır ki, R.Köçəryan məğlubiyyətin simasıdır. Köçəryanın Ermənistanda dəstəkçiləri çox azdır, keçirilən sosial sorğularda bunu təsdiqləyir. Bu mənada onun yenidən siyasətə qayıtmaq istəyi çoxlu suallar yaradır.

R.Köçəryan “Miatsium” hərakatının və Qarabağda törədilən qırğınların ən fəal üzvü, təşkilatçılarından olub. Lakin bu gün Ermənistanın əlində nə Qarabağ qalıb, nə də yaradılan o “məğlubiyyətsizlik” mifi. Əvəzində isə minlərlə meyiti, yaralısı və gələcəyə ümidi olmayan erməni gənci var. Köçəryanın 30 illik mübarizəsi, fəaliyyəti 44 günlük müharibə zamanı Azərbaycan tərəfindən büsbütün iflasa uğrayıb.

Bu gün Rusiyanın Köçəryana dəstək verdiyi bilinən bir həqiqətdir. Çünki bu şəxs ruspərəstdir və Kreml onu Ermənistanda görmək istəyər. Lakin rəsmi Moskvanın da Köçəryanın Ermənistanda hakimiyyətə gətirmək imkanları xeyli azalıb. Hesab edirəm ki, bu gün Köçəryan real namizəd deyil, sadəcə, Kremlin istifadə etdiyi fiqurdur”.

Tarix
2021.04.07 / 16:15
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla