Yuxarı

Zəngilanda iki xüsusi təbiət ərazisi yerləşir - ETSN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngilanda iki xüsusi təbiət ərazisi yerləşir - ETSN

Zəngilan rayonu ərazisində iki xüsusi mühafizə olunan təbiət ərazisi yerləşir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib. O qeyd edib ki, həmin ərazilərdən biri Bəsitçay Dövlət Təbiət Qoruğu, digər isə Arazboyu Dövlət Təbiət Yasaqlığıdır:

"Bəsitçay Dövlət Təbiət Qoruğunun ümumi sahəsi 107 hektardır. Qoruq 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu ərazi unikal ekosisteminə görə fərqlənir. Bura təbii halda Şərq çinarlarının bitdiyi ən böyük ərazidir. Bu ərazinin 100 hektarı Şərq çinarları, qalan ərazi isə qarışıq meşəlikdir".

Nazirlik rəsmisi deyib ki, qoruğun vadisində Bəsitçay çayı axır. Çay öz mənsəbini Zəngəzur silsilənsindən alır və 15 kilometr qoruğun ərazisindən keçir. Şərq çinarı meşəliyi də qoruğun vadisində yerləşir. İlkin monitorinqlərə görə, işğal dövründə erməni vandalizmi nəticəsində 42,8 ha meşə sahəsi məhv edilib".

A.Səmədova qeyd edib ki, Arazboyu Dövlət Təbiət Yasaqlığı 2200 kvadratmetr ərazini əhatə edir: "Zəngilanın işğalından bir neçə ay əvvəl yaradılmış təbiət yasaqlığıdır. Yaradılmasında məqsəd Arazboyu Tuqay meşələrinin qorunması olub. Təəssüf ki, mənfur düşmən tərəfindən Araz çayının məcrası dəyişdirilib. Hazırda olan məlumata görə, həmin ərazidə 1500 hektaradək Tuqay meşələrinin məhv edildiyi məlumdur".

Tarix
2021.04.07 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla