Axar.az
Yuxarı

Axar.Az Logo

Ermənilərin Türkiyəyə ərazi iddiası, Zurabişvilinin paylaşımı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Armen Sərkisyanın Gürcüstan səfəri çərçivəsində diplomatik qalmaqala səbəb olacaq hadisə yaşanıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Ermənistan prezidenti gürcü həmkarının fəxri qonaqlar kitabına ürək sözlərini yazdıqdan sonra Türkiyə ərazisində yerləşən Ağrı dağının rəsmini çəkib.

Armen Sərkisyan bununla Türkiyə Respublikasına qarşı ölkəsinin ərazi iddialarını nümayiş etdirib. Qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyən Ermənistan lideri şüurunda “Ararat” hesab etsə belə, əslində Türkiyə ərazisindəki Ağrı dağını rəsm etdiyini bilir və görünür məqsədyönlü şəkildə təxribat xarakterli bu addımı atmaqdan çəkinməyib.

Ən maraqlısı isə onun gürcü həmkarı Salome Zurabişvilinin sözügedən mətni və “sənət əsəri”ni sosial şəbəkə hesabında paylaşmasıdır. Üstəlik S.Zurabişvili paylaşımında erməni və gürcü xalqlarının dostluğundan bəhs edir.

Belə olan halda isə maraqlı suallar yaranır: Gürcüstan prezidenti erməni həmkarının təxribatına gözmü yumur? Yoxsa qonşu dövlətin lideri Ermənistanın Ağrı dağına iddialarından bixəbərdir? Salome Zurabişvili xəbərdar olmasa belə, onun ətrafında, aparatında, ofisində bu iddialardan xəbərdar olan biri yoxdurmu?

Yeri gəlmişkən Ermənistan elə Gürcüstanın özünə qarşı da ərazi iddiaları irəli sürür, Samtsxe-Cavaxeti bölgəsini “tarixi torpaqları” hesab edir. Heç kəsə sirr deyil ki, ermənilərin həmin bölgəni “Cavakx” adlandırması belə təkcə millətçi gürcüləri deyil, Gürcüstanda yaşayan hər kəsi qəzəbləndirir və narahat edir.

Görəsən, Ermənistan prezidenti və ya başqa bir dövlət rəsmisi həmin vərəqdə “Ararat” (Ağrı dağı) əvəzinə “Cavakh” yazsaydı, gürcü lider yenə bunu fəxrlə paylaşıb xalqların dostluğundan bəhs edərdimi?

Tarix
2021.04.16 / 15:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Svanların hücumu dəhşətlidir: Tiflis hərəkətə keçməsə...

Dmanisidəki insidentlə bağlı saxlanılanlar var - DTX

Bakının Ermənistanda agentləri var - Paşinyan

Azərbaycanlılara hücum: baxın, ermənilər sevinir - Sxvediani

Svanlar niyə azərbaycanlılara hücum edir? - Vasadze

Svanların azərbaycanlılara hücumu: provokator kimdir?

Dmanisidəki sadə konflikti etnik zəminə daşıyırlar – Mer

Svanlar azərbaycanlılara hücum edir: Vəziyyət pisləşdi - Video

Növbəti razılaşma: Qazaxın 7 kəndi, Kərki qaytarılır, üstəlik...

Ruslar ordumuzun 6 maşın karvanını müşayiət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla