Yuxarı

Kiyevi bombalamağa çağıran boşboğazlar... - Trofimçuk

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində rusiyalı ekspert, “Avrasiya ideyaları emalatxanası” elmi araşdırmalara dəstək Fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçukun Axar.az-a müsahibəsi:

- Rusiya hakimiyyəti hərbi bölmələrinin Ukrayna ilə sərhəddə dislokasiyası ilə bağlı heç nə bəyan etmir. Bununla belə, tankların, haubitsaların və digər texnikanın Qərbə daşınması ilə bağlı informasiya axını artır. Nə baş verir?

- Əslində, 2014-cü ildə olduğu kimi, indi də eyni hadisə baş verir. Donbas problemi həll olunmayıb və bunun Ukrayna ilə Rusiya arasında birbaşa müharibə olmadan həll olunub-olunmayacağı böyük və ən başlıca sualdır. Rusiya ilə Ukraynanı hazırda kəllə-kəlləyə gətirmək istəyənlər var. Xüsusən də Ağ Evdə “yeni Amerika” administrasiyasının peyda olması faktına görə.

Hər şeyin sülh, razılaşmalar yolu ilə həll ediləcəyinə ümid etmək sadəlövhlük olardı. Hazırda hər iki tərəfdə “hərbi parad” gedir, lakin gec-tez bütün bunlar pis başa çatacaq. Rusiya həmişə özünü münaqişəyə aidiyyəti olmayan tərəf kimi göstərməyə çalışıb. Bu mənada ekspert kimi, mənə həmişə maraqlı gəlib ki, bəs, “Normand” tərkibində bütün bu danışıqlara nədən ötrü getmişdik? Axı 2021-ci il nümunəsi olan Ukrayna heç də 2008-ci ilin Gürcüstanı deyil. Rusiyada çoxları “papağı göyə atma” mərasimi ilə məşğuldur. Ukrayna və demək olar ki, bütün digər qonşularını məsxərəyə qoyurlar. Bax, elə Moskvada bu gün gülənləri ilk növbədə ön cəbhəyə göndərmək lazımdı. Yalnız o halda bu boşboğazlar müharibənin nə qədər dəhşətli bir şey olduğunu anlaya bilərlər.

- Sərhəd və təmas xətlərindəki gərginliyi müharibə fazasına keçirmək kimə sərfəlidir ki?

- Sözsüz ki, Moskvaya bu yolla təzyiq göstərə biləcək ABŞ-ın yeni administrasiyasına. Bu, onlara öz şərtlərini rahatlıqla diktə etməyə kömək edəcək. Moskva isə “Qoca Baydeni” dəli kimi qələmə verməyə çalışır. Onu deyim ki, bu, çox böyük səhvdir. Bundan başqa, 2014-cü ildən etibarən “Kiyevi bombalamağa” çağıran Rusiyanın “başbilənləri” buna nə qədər tez nail olsalar, bu, Amerikaya bir o qədər sərf edəcək. Donbası alovlandırmağı bacarmaq isə Qərb üçün, sadəcə, ağlasığmaz uğur olardı. Çünki bu vəziyyətdə Amerika xalqı və əsgərləri məhv olmayacaq, buralar isə darma-dağın olacaq.

- Vladimir Zelenski bildirib ki, NATO-ya üzvlük Donbasda müharibənin başa çatmasının yeganə yoludur. İttifaqın Kiyevlə həmrəyliyini necə görürsünüz? Qərb Ukraynadan nə istəyir?

- Göründüyü kimi, Qərb Ukraynanı NATO-ya qəbul etməyə çalışmır. Oxşar problemi biz Gürcüstanda da müşahidə edirik. Lakin bu formallıq hərbi proqramların birbaşa, ikitərəfli rejimdə həyata keçirilməsinə heç də mane olmur. İndi görürük ki, ABŞ Ukrayna ərazisində nə qədər lazımdırsa, o qədər də yeni hərbi baza açacaq. Bazalar hər yerdə olacaq, o cümlədən Xarkovda və s.

Obyektiv desək, Ukrayna üçün bu, NATO-ya formal üzvlükdən də yaxşıdır. Ukraynadan Qərb yalnız bir şey istəyir: istənilən yolla Rusiyaya bir saniyə belə sakit durmağa, başqa şey barədə düşünməyə imkan verməmək. Bu mənada Qərb hələ bütün rıçaqlarını istifadə etməyib. Axı hələlik Qara dəniz hövzəsi nisbətən sakit qalır...

Tarix
2021.04.18 / 10:00
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla