Yuxarı

Erməni diasporunun təxribatı: Komitə hərəkətə keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni diasporunun təxribatı: Komitə hərəkətə keçdi

Diasporla İş üzrə Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Axar.az-a daxil olan məlumatda deyilir:

"Azərbaycan diasporunun aktivliyi, beynəlxalq aləmdə öz sözünü cəsarətlə deməsi və xaricdə yaşayan soydaşlarımızın milli maraqlarımızın müdafiəsində vahid mövqedən çıxış etməsi müasir dövrün danılmaz reallığıdır.

Müşahidələr göstərir ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən tarixi Zəfər, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycan diasporunun göstərdiyi fəallıq, qazandığı uğurlar daimi işğalçılıq xisləti ilə yaşayan erməniləri ciddi narahat edir.

Hər zaman olduğu kimi, son dövrlərdə də ermənilərin davamlı olaraq Azərbaycan diaspor mərkəzlərinə, Azərbaycan evlərinə zərər vurması, sosial şəbəkələrdə təxribata cəhd etmələri müşahidə olunur. Bir neçə gün öncə, may ayının 13-də Lüksemburqda yerləşən Qarabağ Mədəniyyət Mərkəzinə (11A, Bld. Joseph II L-1840 Luxembourg) hücum olunması, qapı və pəncərələrin sındırılması, mərkəzə ciddi zərər vurulması bunun bariz nümunəsidir. Təəssüf ki, ABŞ, Avstraliya və digər ölkələrdə də erməni diasporunun oxşar aciz və qorxaq hərəkətləri müşahidə edilməkdədir. Bu kimi hallar gərginliyin daha da artırılmaması səbəbilə çox vaxt ictimailəşdirilmir.

Diaspormuzdan daxil olan məlumat və müraciətləri ümumiləşdirərək qeyd edirik ki, Lüksemburqda baş verən hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilib və hazırda insidentlə bağlı araşdırma aparılır. Ümidvarıq ki,baş verənlərə hüquqi qiymət veriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq, soydaşlarımızı baş verən insidentlərə təmkinlə yanaşmağa, təxribatlara uymamağa, erməni diasporunu isə təxribatçı hərəkətlərdən əl çəkməyə, yaşadıqları ölkələrin qanunlarına hörmətlə yanaşmağa çağırırıq".

Tarix
2021.05.17 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla