Axar.az
Yuxarı

Axar.Az Logo

Sərdar Cəlaloğlu sərsəm açıqlama verib - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin "Xalq Cəbhəsi"nə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, dünən Sərdar Cəlaloğlu Elman Nəsirovla debat zamanı sizi nə zamansa Türkiyəni Rusiyadan üzr istəməyə çağırmaqda günahlandırıb. Onun bu iddiasını necə izah edərdiniz?

- Əksər insanlar yaşlandıqca müdrikləşir, o isə hər keçən gün ciddiliyini daha çox itirir. Ağ yalan danışmaqdan utanmayan bu böhtançı yəqin ki, 2015-ci ilin noyabrında Türkiyə F-16-nın 17 saniyə ərzində Türkiyə sərhədlərini pozaraq təqribən 2 km Türkiyə ərazisinə daxil olmuş Rusiyanın Su-24 təyyarəsini vurmasına mənim o zaman sərgilədiyim münasibətə görə belə sərsəm açıqlama verib. Türkiyə Rusiyaya buna görə sonradan üzürxahlıq edib kompensasiya ödəsə də, mən belə bir çağırışla heç vaxt çıxış etməmişdim. Sadəcə söyləmişdim ki, Türkiyə və Rusiyanın həyati mənafeləri tələb edir ki, əməkdaşlıq etsinlər. Ona görə də münasibətlərə ciddi ziyan vuran hərbi təyyarənin vurulmasının yanlış qərar olduğunu söyləmişdim. Zaman mənim nə qədər haqlı olduğumu sübut etdi. Onu da söyləmişdim ki, Türkiyə qardaş ölkə kimi Rusiya ilə münasibətlərini qurarkən mütləq Qarabağın işğal altında olmasını və Azərbaycanı nəzərə almalıdır. Onu da zaman-zaman söyləyirdim ki, Türkiyə Qarabağın işğalını öz torpaqlarının işğalı kimi qəbul edib, Rusiya ilə bu istiqamətdə birbaşa danışıqlar aparmalıdır. Azərbaycan hökumətinə isə çağırış edirdim ki, Paşinyan hakimiyyətə gələndən sonra torpaqlarımızı işğaldan azad etməyimiz üçün unikal şans yaranıb. Rusiya ilə danışmalı, Qərbdən asılı olmayan, müstəqil və cəsarətli siyasəti ilə Türkiyənin regionda və dünyada maraqlarını qətiyyətlə qoruyan, milli maraqları hər şeydən üstün tutan Ərdoğanın hakimiyyətdə olmasından istifadə edib torpaqlarımızı işğaldan azad etməliyik. Hər kəs çox da uzaq olmayan həmin dövrün mətbuatına təkrar nəzər yetirməklə buna əmin ola bilər.

- İranda keçirilən prezident seçkisinin nəticəsinə - İbrahim Rəisinin prezident seçilməsinə münasibətiniz necədir?

- İranda ölkənin daxili və xarici siyasətini İranın Ali dini rəhbəri müəyyən etdiyindən prezident daha çox həmin siyasətin icrası ilə məşğul olur. İran çalışır ki, Azərbaycana münasibətdə daha çox Rusiya ilə sinxronlaşdırılmış xarici siyasət yürütsün. Hazırda Rusiya ilə münasibətlərimiz yüksək səviyyədə olduğundan, Türkiyə ilə müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalanandan sonra narahatlıq üçün əsas yoxdur. Azərbaycan Respublikasının Prezidenti Türkiyə və Rusiya Prezidentləri ilə yanaşı, İbrahim Rəisini ilk təbrik edənlərdən biri oldu. Biz hər zaman İranla dostluq və əməkdaşlıq siyasətinə sadiq olmuşuq. Ümid edirəm ki, hər iki ölkənin rəhbərliyi və siyasi elitası İranda 30 milyon azərbaycanlı türkün yaşamasını, qonşu olmağımızı, eyni dini dəyərləri bölüşməyimizi, tarixi, mədəni, humanitar, iqtisadi əlaqələrimizi nəzərə alıb, daha sıx əməkdaşlıq edəcəkdir. İbrahim Rəisini prezident seçilməsi münasibətilə təbrik edir, işlərində uğurlar diləyirəm.

Tarix
2021.06.19 / 21:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yanğın Türkiyə-Rusiya əlaqələrinə qarşı təxribatdır?

Türkiyədəki yanğına görə qaynar xətt yaradıldı: Bura zəng edin!

Arkov: Sərhədə Rusiya və Türkiyə ordusu girsə...

Polisi döyən deputatı hansı cəza gözləyir? – Vəkil

Rusiya Minsk Qrupundakı təmsilçisini niyə dəyişdi?

FHN 500 işçisini Türkiyəyə göndərir

Əliyevdən Ərdoğana: Qardaş Türkiyənin yanındayıq

MN açıqlama yaydı, Ermənistan sözünü dəyişdi

MN ermənilərin PUA yalanı ilə bağlı açıqlama yaydı

Türkiyədə yanğınları PKK törədib? - 3 səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla