Yuxarı

Usubov peşə bayramında bu faktları açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq neçə illərdir ki, Azərbaycan asayişin və əmin-amanlığın qorunması sahəsində dünyanın ən öncül dövlətlərindəndir. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 12 ildə orta hesabla 233 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə dəfələrlə azdır. Bu dövrdə cinayətləin orta illik açılması 88 faiz olub, 4 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda olan 41 minə yaxın təqsirləndirilən şəxs tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilib. Əllərdə qanunsuz saxlanılan 13 min odlu silah yığılıb və onların tətbiqi ilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb.

Trend xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov DİN-in Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı münasibətilə keçirilən təntənəli tədbirdə deyib.

Daxili işlər nazirinin sözlərinə görə, məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir.

R.Usubov qeyd edib ki, 2014-cü il və cari ilin 6 ayı ərzində 65 min ərizə və şikayət araşdırılıb, eləcə də nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 5 minə yaxın vətəndaş qəbul edilib:

"Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub. Fəaliyyətimizin keyfiyyətcə yeni müstəviyə yüksəlməsi, həyata keçirilmiş hərtərəfli islahatlar, innovasiya cinayətkarlığının, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə möhkəm sipər çəkməyə, vətəndaşlarımızın qanuni mənafelərinin etibarlı qorunmasına böyük imkanlar yaradıb".

Tarix
2015.07.02 / 11:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

Almatı görüşü: İrəvan hələ də cavab verməyib - Bakayev

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla