Yuxarı

Xüsusi təyinatlılarımız düşmənə qarşı tədbir görür - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xüsusi təyinatlılarımız düşmənə qarşı tədbir görür - Video

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində “Çətin dağlıq ərazilərdə taktiki fəaliyyətlər” mövzusunda nümayiş məşğələsi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, kiçik komandirlərin idarəetmə bacarığının artırılması, hücum edən və dəstəkləyən bölmələrlə qarşılıqlı əlaqə suallarının işlənilməsi üzrə keçirilən məşğələdə əsas diqqət 44 günlük Vətən müharibəsində qazanılan təcrübəyə və icra edilən müxtəlif atəş tapşırıqlarının həllinə yönəldilib.

Müxtəlif texniki vasitələrdən və pilotsuz uçuş aparatlarından istifadə edərək vizual müşahidə və havadan kəşfiyyat aparmaqla komandirlər tərəfindən düşmən mövqeyi qiymətləndirilir, qəbul edilmiş qərara uyğun olaraq hər bir xüsusi təyinatlıya yerinə yetirəcəyi tapşırıqlar verilir.

Xüsusi təyinatlı qrup ərazinin çətin keçiləbilən relyefindən istifadə edərək düşmənin mühəndis cəhətdən hazırlıqlı mövqeyinə koordinasiyalı irəliləmə ilə gizli şəkildə yaxınlaşır.

Qarşılıqlı fəaliyyətdə olan atəş dəstək qrupunun düşmən mövqeyinə açdığı atəşlərdən yararlanan xüsusi təyinatlılar qrupda mövcud olan silah nümunələrinin sərrast atəşi ilə düşmənin canlı qüvvəsini məhv edərək hakim yüksəkliyi ələ keçirirlər.

Hakim yüksəklikdə mövqelənən xüsusi təyinatlı qruplar düşmənin əks-hücumunu əngəlləmək və digər qruplarımızın təhlükəsiz hərəkətinə şərait yaratmaq məqsədilə tədbirlər görürlər.

Tarix
2021.09.04 / 18:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla