Yuxarı

Azərbaycan tarixini dəyişən 56 nömrə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan tarixini dəyişən 56 nömrə

140 il əvvəl bu gün – 22 iyulda Həsən bəy Zərdabinin rəhbərliyi altında ana dilində "Əkinçi" qəzetinin nəşr olunması ilə Milli Mətbuatımızın tarixi yazılmağa başladı.

1875-77-ci illərdə, cəmi 2 il ərzində 56 nömrəsi çapdan çıxmış "Əkinçi" özündən sonra yaranacaq demokratik ruhlu qəzet və jurnalların layiqli sələfi sayıla bilər.

Həsən bəy Zərdabi haqqında leksikamızda olan bütün xoş sözləri işlətsək, azdır. Azərbaycanın ilk universitet təhsili alan alimi və müəllimi, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun olan Həsən bəy 1872-ci ildə bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatı olan "Cəmiyyəti-Xeyriyyə"ni yaratmış, 1873-cü ildə şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşasını (M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası) göstərmiş, 1875-ci ildə isə daha bir ilkə imza ataraq Rusiyada ilk türkdilli qəzet olan "Əkinçi"ni nəşr etmişdi.

Bundan başqa Zərdabi həm də Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri olub. Amma bu gün sıradan Azərbaycan oxucusu da onu daha çox "Əkinçi"nin yaradıcısı kimi tanıyır. Ana dilində qəzetin yaranma zərurəti olduğu bir dövrdə çox əzab-əziyyətdən sonra Bakının "Qubernator" mətbəəsində "Əkinçi" qəzetini nəşr etdirməyi bacaran Həsən bəy Şərqin ətalətinin, geri qalmasının əsas səbəbini demokratik ideallardan, əsl azadlıqdan uzaq olmasında görürdü.

Onun həmfikirləri, dövrünün görkəmli ziyalıları olan Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri, Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar "Əkinçi"də dərc olunurdu. Onlar demək istədiklərini dolayı yolla da olsa, çatdırır və daim xalqın tərəfində olduqlarını hiss etdirirdilər.

Bu da təbii ki, Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edir və 1877-ci il sentyabrın 29-da "Əkinçi"ni nəşrinin dayanması üçün səbəblər yaradırdı.

Axar.az olaraq bu gün şərəfli jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edir, bu günü qeyd etdiyimiz üçün borclu olduğumuz dəyərli bəy, böyük insan Həsən bəy Zərdabini dərin hörmət və qürur hissi ilə anırıq.

Tarix
2015.07.22 / 10:10
Müəllif
Nigar An
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla