Yuxarı

O, vasitəçilik edir: Ərdoğanla Nikol harda görüşəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdoğan Nyu Yorkda İraklı Qaribaşvili ilə görüşdü. Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirə edildiyi görüşdə üç mümkün məsələ aktual ola bilər.

Birincisi, Gürcüstanın “Altılıq platforması”na gəlməsidir: rəsmi Tiflis Rusiya amilinə görə platformadan uzaq dayanır, hərçənd, bunun arxasında Vaşinqtonun da maraqları var; Türkiyə “Altılıq platforması”nı beşlik formatında da reallaşdırmağın mümkün olacağını gündəmə daşıdı və bu o demək idi ki, Tiflisə görə vaxt itirilməyəcək, lakin Ərdoğanın Qaribaşviliyə platformaya qoşulacaqları təqdirdə qazana biləcəkləri dividentləri izah etməsi istisna deyil;

İkincisi, Qaribaşvilinin narahatlığıdır: Zəngəzur dəhlizinin açılması Gürcüstan marşrutunun perspektivinin zəifləməsi gözləntisi yaradıb; Qaribaşvili Bakıya səfərində Əliyevlə bu məsələni müzakirə etdi, mümkündür ki, Ərdoğanla da müzakirə mövzularından biri bu olub;

Üçüncü və əsas deyə biləcəyimiz məsələ Gürcüstanın bölgədə vasitəçilik missiyasıdır: rəsmi Tiflis ABŞ-ın dəstəyi ilə Bakı və İrəvan arasında humanitar məsələlərlə bağlı bir dəfə vasitəçilik edib, bu missiyanı yenidən davam etdirmək niyyətindədir; mediaya qapalı keçirilən görüşlə bağlı Tiflisin məlumatında “Gürcüstan Qafqaz regionunda uzunmüddətli sülh və sabitliyi təmin etmək üçün vasitəçilik funksiyasını yerinə yetirməyə hazırdır” qeydi də bu ehtimalı gücləndirir; bölgədə Rusiyanın vasitəçiliyinə Gürcütsnanın alternativ olması ABŞ-ın da istəyinə uyğundur; bu, rusların qarşısında alternativ qazanmaq baxımından Bakıya da, İrəvana da sərf edir.

Lakin sual yaranır: Qaribaşvili Ərdoğanla kimin arasında vasitəçi olmaq istəyir?

Ərdoğan-Paşinyan görüşü

Ərdoğan Paşinyanın Qaribaşvili vasitəsilə görüşmək istəyini və görüş üçün Ankaranın şərtlərini açıqlamışdı. Bu, Ankara və İrəvan arasında Tiflisin vasitəçiliyi ilə kulis danışıqlarının getdiyi versiyasını önə çıxarır. Ərdoğanın Nyu Yorka səfər etdiyi gün Paşinyanın sözçüsü Mane Gevorqyan “Ermənistan Türkiyə ilə ən üst səviyyədə dialoqa hazırdır” açıqlamasını verdi. İstisna deyil ki, Paşinyan Qaribaşvili ilə Ərdoğana yeni mesajlar göndərib və Nyu Yorkda müzakirə edilən əsas məsələ də Ərdoğan-Paşinyan görüşü olub.

Bu görüşün Gürcüstanda keçiriləcəyi versiyasını irəli sürə bilərik.

Ankara-İrəvan təmaslarında Moskva da vasitəçi olmaq istəyər: həm İrəvanın onun nəzarətindən kənar addımlar atmaması, həm də Tiflisin alternativ vasitəçi olmaması baxımından; istisna deyil ki, Ərdoğan-Putin görüşündə bu məsələ üzərində də dayanılacaq.

Hərçənd, Türkiyə üçün Gürcüstanın vasitəçi olması daha sərfəlidir və bunun bir neçə səbəbi var:

- Bölgədə Rusiyanın təsirinin azaldılması, güc balansının ən azı bərabərləşdirilməsi;

- Ermənistanla Rusiya təsiri olmadan əlaqələrin qurulması: bu, həm Qarabağ məsələsi, həm də perspektivdə İrəvan üzərindən təsir imkanları üçün lazımlıdır;

- Gürcüstanın bölgədəki proseslərdən kənarda qalmaması: bu, Tiflisin Bakı-Ankara orbitində qalması və gələcəkdə regional platformaya qoşulması üçün qapıların aralı saxlanılması baxımından əhəmiyyətlidir.

Tarix
2021.09.22 / 22:08
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla